13 Oktyabr 2024 09:20
2434
Mədəniyyət
A- A+
Laçın - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı 

Laçın - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı 


Bu tarixi qərar Azərbaycanın regiondakı mədəni əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq nüfuzunu da möhkəmləndirir


Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurası regional əməkdaşlığın təmin edilməsinə xidmət göstərən platformadır. Şura MDB-yə üzv ölkələrin liderlərini bir araya gətirərək siyasi, iqtisadi və sosial sahələrdə birgə qərarların qəbul edilməsinə şərait yaradır. Bu platforma regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. 

Şuranın toplantıları çərçivəsində təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilir ki, bu da bölgədəki münaqişələrin həlli, terrorizmə qarşı mübarizə və ümumi təhlükəsizlik strategiyalarının koordinasiyasına kömək göstərir. Azərbaycanın aid olduğu Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin qorunması da həmin müzakirələrin vacib tərkib hissəsidir. MDB ölkələri arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq Azərbaycan üçün regional sabitliyin təmin edilməsi baxımından çox vacibdir. 

MDB Dövlət Başçıları Şurasının son iclasında Azərbaycan üçün əsas tarixi qərar Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. Bu, Vətən müharibəsindəki tarixi zəfərimizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra azad yurdlarımızın bərpası və inkişafı istiqamətindəki səylərimizin beynəlxalq səviyyədə dəstəklənməsinin daha bir göstəricisidir. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın regiondakı mədəni əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq nüfuzunu da möhkəmləndirir.

MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu qərara xüsusi münasibət bildirərək dedi: "Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb". 

MDB çərçivəsində mədəni əməkdaşlıq Azərbaycan üçün milli mədəniyyətinin tanıdılması və mədəni irsinin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır, quruma üzv ölkələrlə humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsini dəstəkləyir. Şura çərçivəsində humanitar və mədəni sahələrdə əməkdaşlıq  isə yüksək səviyyədə inkişaf etdirilir.


Zəfər onu təkcə qazanmaqla tamamlanmır


Tarixi qələbənin əlamətdarlığını qorumaq, milli vəhdəti daha da möhkəmləndirmək, yeni nəsilləri zəfər ruhunda tərbiyələndirmək üçün bu, çox mühüm məsələdir.

Azərbaycanın füsunkar məkanlarından olan Laçın ölkəmizin ərazi bütövlüyünün bərpasında xüsusi önəm daşıyır. Bu şəhərin azadlığı tarixi ədalətin təntənəsi, Azərbaycan dövlətinin, dövlət başçısının qətiyyətinin, siyasi iradəsinin, gücünün daha bir simvoludur. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilmişdi. 

Qələbədən sonra Şərqi Zəngəzurda, Qarabağda aparılan bərpa-quruculuq prosesi gedişində Laçında çox böyük işlər görüldü. Bu rayona böyük köç başladı. 31 illik həsrətdən sonra laçınlılar artıq öz doğma el-obalarına qayıdırlar. Böyük qayıdışı təmin edən dövlət proqramına əsasən, indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb. Ümumilikdə isə Zabux və Sus kəndləri və Laçın şəhərinə 828 ailə, təxminən 3 mindən çox sakinin köçürülməsi təmin edilib. 2026-cı ilədək Laçına 12 min nəfər sakinin köçürülməsi planlaşdırılır.

Bölgədə son dərəcə böyük strateji önəm daşıyan Laçının azadlığı, işğaldan qurtuluşundan sonra yeni həyatına qədəm qoyması 1992-ci ilin mayında köksümüzə vurulan ağır yaranın zamanla sağalmasıdır. 32 il əvvəl Laçının, Şuşanın itirilməsi ən böyük fəlakətlərimizin başlanğıcı idi. İşğaldan sonra erməni vandalları burada da ağlagəlməz vəhşiliklər törətdilər. Rayonun əhalisi etnik təmizləməyə məruz qaldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Laçındakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 

Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq yadigarları, onlarca kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar mövcud idi, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngindir. Ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən, bu məkanda olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Doğma yurd yerlərimizin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir.

Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı burada mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində həmin abidələrin yalnız 70 faizə qədəri qalmışdır... 

Bu gün isə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri nəticəsində 411 fərdi yaşayış evi və 40 mənzil, eləcə də 75 qeyri-yaşayış binası inşa edilib. 510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəbi fəaliyyət göstərir. 

Ötən il avqustun 25-də Laçın rayonunda "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Şəhərdən bir qədər aralıda yerləşən Zerti kəndində böyük sənaye sahəsi yaradılıb. Orada əhalinin məşğulluğu üçün bir çox müəssisə fəaliyyət göstərir. Laçına geri qayıdan sakinlərin burada işlə təmin edilməsi prosesi reallaşır.

Əhalinin dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması üçün şəhərdə DOST və "ASAN xidmət" mərkəzlərinin yaradılması nəzərdə tutulub. 2025-ci ilin əvvəlində isə Qorçu hava limanının açılması gözlənilir.  


Prezidentin Laçına səfərləri


Laçının tikinti-quruculuq işlərini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin Laçına ilk səfəri 2021-ci il yanvarın 14-də olub. Həmin gün Güləbird kəndində Azərbaycan bayrağını ucaldan dövlət başçısı su-elektrik stansiyasının açılışını da edib. Prezidentin ikinci səfəri 2021-ci il avqustun 16-da olub. Həmin gün Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub. 

2022-ci il iyun ayının 26-da Prezident Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, "Qorçu" elektrik yarımstansiyasında görülən işlər, "Həkəriçay" su anbarı layihəsi və Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə maraqlanıb. Növbəti səfərlərində Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub,  Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb, orada inşa ediləcək "Laçın" qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Ötən il Prezident "Azərenerji"nin "Mişni" və "Alxaslı" Kiçik Su-Elektrik stansiyalarının açılışını edib, Laçın Beynəlxalq Hava Limanında aparılan işlərlə tanış olub, mehmanxana kompleksinin təməlqoyma mərasiminə qatılıb.

Bu il dövlət başçısı mayın 10-da Laçına səfər edərək Sus kəndində olub, sakinlərlə görüşüb və həmçinin  "Azərenerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su-Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesini daim diqqətdə saxlayır və Böyük Qayıdış Konsepsiyasının tez bir zamanda reallaşmasına böyük səy göstərir.


Laçın şəhəri möhtəşəmliyi ilə göz oxşayır


Yenidən qurulan Laçın şəhəri, həqiqətən də, möhtəşəmliyi ilə göz oxşayır. Torpağa əsl sahiblik ruhu Azərbaycan dövlətinin qısa müddət ərzində Qarabağda, Şərqi Zəngəzurda yaratdığı reallıqlardadır. Azad yurdlarımızda böyük sürətlə aparılan quruculuq işlərindədir. Bu ruh yenidən qurulmuş Laçın şəhərinin indiki gözoxşayan cənnət görkəmindədir. Bütün bunlar bir tərəfdən Azərbaycan xalqının quruculuq əzmini, tikib-yaratmaqla əsrlər boyu bəşər mədəniyyətinə verdiyi töhfələri, milli iradəsini göstərir, eyni zamanda bu torpaqların əsl sahibləri olduğumuzu bütün dünyaya nümayiş etdirir.

Laçın rayonunun timsalında biz dirçələn Azərbaycanı, dirçələn torpaqlarımızı görürük. İnsanlarımızın qayıdışı ilə doğma torpaqlarımızda başlanan yeni həyat, yurda dönmüş həmvətənlərimizin burada qürurla yaşaması, Şuşada, Laçında qurulan toy-büsat öz torpaqlarında haqq-ədalət uğrunda mübarizə aparan, ədalətli müharibədə qalib gələn, bütün çətinliklərə, keşməkeşlərə baxmayaraq, öz haqqını, özünə aid olanı almağı bacaran Azərbaycanın zəfərinin təntənəsidir. Dövlət başçısının da bəyan etdiyi kimi, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı da heç kimə verən deyilik. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda sülh, əmin-amanlıq şəraitində yaşayacaq, doğma yurdlarımızda qurub-yaradacaq.

Bu gün Laçının MDB-nin mədəniyyət paytaxtı statusuna yüksəlməsi əlamətdar hadisədir. Biz davamlı inkişaf, quruculuq baxımından Böyük qayıdış mərhələsini məsuliyyətlə davam etdiririk. Bu status eyni zamanda qazanılan zəfərimizə ehtiram nümunəsidir, Qarabağda aparılan quruculuq işlərinə böyük marağın olmasıdır. Sevinirik, Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir!


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya mediası COP29-dan yazır: Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək

01:22
10 Noyabr

Prezidentin Mətbuat Xidmətinin Məlumatı

23:59
09 Noyabr

Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib  

22:07
09 Noyabr

Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib

21:49
09 Noyabr

COP29 konfransının proqramı açıqlanıb  

21:28
09 Noyabr

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də

21:27
09 Noyabr

Batumi şəhərinin əsas küçə və meydanları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb  

21:16
09 Noyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının bağlanış mərasimi olub VİDEO  

21:14
09 Noyabr

Dövlət Komissiyası tərəfindən təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb  

21:11
09 Noyabr

COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib  

20:45
09 Noyabr

Bakıda Çili ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilib

20:27
09 Noyabr

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib  

20:09
09 Noyabr

Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır  

19:07
09 Noyabr

Azərbaycan müdafiə naziri Qazaxıstanlı həmkarına başsağlığı verib  

18:58
09 Noyabr

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

16:43
09 Noyabr

İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib  

16:39
09 Noyabr

Britaniya müdafiə xərclərini artıracaq

16:12
09 Noyabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik  

15:47
09 Noyabr

Bazar gününə olan hava proqnozu açıqlanıb  

15:18
09 Noyabr

Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır  

14:56
09 Noyabr

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!