Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb
Mayın 16-da Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb, Qusarçayın Kuzun və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqələrində suyun səviyyəsində 3, Şəmkirçayın Qalakənd məntəqəsində 11 santimetr artım qeydə alınıb. Kürəkçayın Çaykənd məntəqəsində 2, Gəncəçayın Zurnabad, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqələrində 3, Lənkərançay-Sifidor və Təngərüdçay-Vaqo məntəqələrində isə suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 405 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 54 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 23 faiz çoxdur.
Məntəqədə orta su sərfi mayın 15-də saniyədə 435 kubmetr, maksimal su sərfi mayın 15-0 saat 08:00-da 465 kubmetr təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 16 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 173 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 85 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 29 faiz çoxdur.
Məntəqədə orta su sərfi mayın 15-də 194 kubmetr/saniyə, maksimal su sərfi mayın 15-i saat 08:00-da 197 kubmetr/saniyə təşkil edib.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 506 santimetr, su sərfi isə 270 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi mayın 15-də 268 kubmetr/saniyə, maksimal su sərfi mayın 15-də saat 08:00-da 277 kubmetr/saniyə təşkil edib.
Kür-Şirvanda suyun səviyyəsi 14 santimetr azalaraq 307 santimetr olub. Məntəqədə orta səviyyə mayın 15-də 318, maksimal səviyyə isə mayın 15-də saat 08:00-da 321 santimetrə bərabər olub.
Kür-Bankədə suyun səviyyəsi 2 santimetr azalaraq 161 santimetr, su sərfi saniyədə 144 kubmetr olub. Məntəqədə orta su sərfi mayın 15-də 143 kubmetr/saniyə, maksimal su sərfi mayın 15-i saat 08:00-da saniyədə 146 kubmetr təşkil edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!