Körpünün əsaslı təmiri təmin olunacaq
"Azərbaycan" qəzeti redaksiyasından rayon icra hakimiyyətinə ünvanlanmış məktuba baxılmışdır.
Qəzetin 31 mart 2022-ci il tarixli 64 (8943) sayında dərc edilmiş "Kəndimizin körpüyə ehtiyacı var" sərlövhəli məqalədə qeyd olunan rayonun Zeyvə kəndində Qaraçay çayının üzərində quraşdırılmış körpünün qəzalı vəziyyətdə olması ilə bağlı bildiririk ki, problemin aradan qaldırılması ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti olaraq tərəfimizdən əlaqədar qurumlar qarşısında məsələ qaldırılmış və həmin körpünün əsaslı təmiri Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Dövlət proqramı çərçivəsində vəsait ayrılacağı təqdirdə körpünün əsaslı təmiri təmin olunacaqdır.
S.NAZAROV,
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ölkəmizə qarşı uydurma yalanlar reallıqdan çox uzaqdır
19 Aprel
Erməni vəhşiliklərini əks etdirən ensiklopedik kitab
19 Aprel
Gözəlliklər məskəni, qəhrəmanlar diyarı
19 Aprel
İlk rübün makroiqtisadi göstəriciləri açıqlanıb
19 Aprel
Mənalı ömür yolu ilə daim işıq saçan dahi
19 Aprel
Regionda sülhün olması Qərbin maraqlarına uyğun deyil
19 Aprel
Paris Cənubi Qafqazda suları bulandırmağa çalışır
19 Aprel
Ermənistan hökumətinin unutduğu həqiqət...
19 Aprel
Azərbaycan tarixinin ən qürurlu dövrünü yaşayır
19 Aprel
Fransa özünü gülünc vəziyyətə salıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!