30 Iyul 2022 02:11
1336
Qanunlar
A- A+

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007, № 4, maddə 320, № 5, maddə 446,     № 7, maddə 712, № 11, maddə 1078; 2008, № 6, maddə 470, № 7, maddə 608; 2010, № 7, maddə 590; 2011, № 4, maddə 266, № 11, maddə 982; 2012, № 6, maddə 521; 2014, № 2, maddə 84; 2015, № 5, maddə 491; 2018, № 3, maddələr 375, 394, № 5, maddə 887; 2019, № 4, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 71.1-ci maddədə "Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə" sözləri "aylıq vəzifə maaşının 50 faizi məbləğində" sözləri ilə əvəz edilsin;

1.2.  71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.";

1.3.  72.2-ci və 73.6-cı maddələr ləğv edilsin;

1.4.  73.9-cu maddədən ", 73.6-cı" sözləri çıxarılsın.

Maddə 2. Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video