11 Avqust 2022 00:55
1906
SİYASƏT
A- A+

KÖHNƏ BAYATILAR KÖMƏYƏ GƏLMİR

 

İndi sülhyaratma prosesini İlham Əliyev idarə edir

 

Əsrlər boyu ermənilər qulluq göstərdikləri ağalarına sonda xəyanət ediblər!

Çünki xəyanətkarlıq bu millətin xislətindədir!

Əsrlər boyudur ermənilər  "soyqırımı"na uğradıqlarını söyləyərək yalançı göz yaşları axıdıblar...

Amma arxivlərə girməyə qorxublar! Çünki bilirlər ki, arxivdəki sənədlər onların yalanlarını və saxtakarlıqlarını ifşa edəcəkdir!

Əsrlər boyudur ki, ermənilər havadarlarına, müdafiəçilərinə güvənərək Azərbaycan torpaqlarını ələ keçirməklə özlərinə dövlət yaradır, ərazilərini genişləndirirlər.

Bunun da bir sonu olmalı idi! Çünki Azərbaycan həmişə zəif, sahibsiz və müdafiəsiz qalmayacaqdı!

Artıq qədim əyyam da, köhnə dövran da dəyişib!

Azərbaycan nə ordusuzdur, nə də müdafiəsiz!

Bu gün müstəqil Azərbaycana İlham Əliyev kimi mahir diplomat, uzaqgörən, qətiyyətli və prinsipial dövlət xadimi, qəhrəman sərkərdə rəhbərlik edir!

Amma göründüyü kimi, hər şey dəyişsə də, nə erməni, nə onun havadarları, nə də bu xalqın xisləti dəyişib!

Yenə öz ampluasındadır...

Ancaq daha əməlləri keçmişdəki kimi işləmir, hiylələri keçmir, niyyətləri baş tutmur!

Necə deyərlər, daş qayaya rast gəlib!

***

Ermənilər həmişə özlərini fağır göstəriblər...

Məzlum göstəriblər...

Zavallı göstəriblər...

Lakin bu fağırlığın, məzlumluğun, zavallılığın arxasında daima bir hiylə də dayanıb!

Erməni hiyləgərliyi!

Bu hiyləgərliyi gündəlik siyasətə isə erməni diasporu çevirib!

"Böyük Ermənistan" yaratmaq üçün daima bütün ermənilərdən pul yığan, illər boyu ianələr hesabına böyük vəsait toplayan erməni diasporu!

Diaspor yığılan pullardan özü də çox yaxşı bəhrələnib!

Əvvəlcə toplanan məbləğdən öz payını götürüb!

Sonra diasporun mövcud olduğu (xüsusən güclü olduğu) ölkələrdə həmin puldan yerli siyasətçiləri, senat, konqres və dumadakı deputatları, Avropa İttifaqı və Avropa Şurası  Parlament Assambleyasındakı deputatları, yüksək çinli məmurları ələ almaq üçün yüksək məbləğ ayırıb.

Yerdə qalan qismi Ermənistana göndərilib.

Ermənistana gələn məbləğdən isə bu ideyaya (Böyük Ermənistan ideyasına) xidmət edənlər əvvəlcə öz paylarını götürmüş, sonra isə avam xalqın baş verən yeyintilərindən xəbər tutmaması üçün xırda-para tədbirlərlə oğurluqlarını  pərdələmişlər.

Məhz bu hesaba Ermənistanın keçmiş prezidentləri Koçaryan, Sərkisyan, indi isə qondarma "dqr"in  "prezidenti" Arutunyan milyarder olublar.

Halbuki "prezident" olana qədər acından köpük qusurdular!

Erməni xalqına çatan real pay isə yoxsulluq, dilənçi həyatı yaşamaq, işğalçı müharibədə öldürülən oğullarının tabutları olub!

Bu mexanizm hələ də işləyir!

Birinci Qarabağ müharibəsində toplama-mənimsəmə mexanizmi yüksək effekt vermişdi!

Göz yaşı tökən "zavallı  millət"  əvvəlcə sovet xalqını keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayanların "ağır iqtisadi durumda" olduqlarına inandırmışdı...

Sonra dünyanın hər yerinə Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulduğu, sıxışdırıldıqları barədə rəvayətlər yaymışdı.

Naxçıvanda dəmir yolunun bağlanması, Ermənistanın blokadaya salınması haqqında nağıla isə ABŞ konqresində güclü reaksiya verildi!

Naxçıvandan xəbərsiz, Azərbaycanın özünü yox, hətta xəritəsini belə görməyənlər, dəmir yolunun əvvəlcə Ermənistan ərazisindən keçdiyini, sonra Naxçıvana çatdığını bilməyənlər Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul etdilər!

Beləliklə, ABŞ-ın Azərbaycana birbaşa yardımına veto qoyulmuş oldu.

Sumqayıt hadisələrini SSRİ DTK-sının köməyi və əli ilə təşkil edənlər hadisədən bir neçə saat sonra bütün dünyaya Azərbaycandakı ermənilərə divan tutulduğu barədə şəkillər, videoçəkilişlər və informasiyalar yaydılar.

Bunları çəkən "operator"ların, hadisələrin baş vermə anında foto və video müxbirlərin Sumqayıtda haradan, necə peyda olduğunu kimsə soruşmadı...

Hətta hadisələrin önündə gedən erməni Qriqoryanın məhkəmədə sübut olunmuş qəddarlıq cinayətləri, onun uzunmüddətli həbs cəzasına məhkum olunduqdan sonra türmədən necə və nə səbəblə azad edilərək Moskva vilayətində rahat ömür sürməsi də kimsədə şübhə yaratmadı.

Çünki bu hadisələri törədənlərin üzündə məzlumluq, fağırlıq, zavallılıq maskası vardı!

Arxada isə erməni diasporunun pulları və satılmışların dəstəyi həlledici rol oynayırdı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, SSRİ-nin dağılan, ermənipərəst Qorbaçovun super dövlətin rəhbəri olduğu vaxtlarda Azərbaycan dövləti erməni məkrinə üstün gəlmək gücündə deyildi!

Çünki həmin dövrdə ölkə rəhbərliyinin kürsüsündə Moskvaya mütilik göstərənlər oturmuşdular!

Meydan hərəkatının dalğaları üzərində iqtidara gələn AXC - Müsavat cütlüyünün başbilənləri isə dövlət idarəçiliyində naşı, siyasətdən bixəbər adamlar idi.

Onlar səriştəsiz, köntöy, yekəxana əməlləri ilə, əslində, ermənilərin dəyirmanına su tökürdülər:

* gah Azərbaycanda olan "atom bombası"ndan istifadə edəcəkləri;

* gah Yakutiyaya bayraq sancacaqları;

* gah da Rusiyanın Azərbaycandakı səfirinin başına "güllə çaxacaqlarını" bəyan edirdilər.

Əslində, dövlət rəsmilərinin gülüş doğuran belə açıqlamaları təkcə Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmır, üstəlik, ermənilərin Qarabağda törətdikləri vəhşilikləri, soyqırımlarını pərdələmələrinə, həm də bizim "vəhşi", "qaniçən" olmağımız barədə erməni şayiələrinin möhkəmlənməsinə xidmət edirdi!

***

İkinci Qarabağ müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin atdığı uğurlu addımlar, gördüyü işlər, yeritdiyi müdrik və uzaqgörən siyasət sayəsində erməni hiyləgərliyi ifşa olundu, erməni vəhşiliyi, barbarlığı bütün dünyaya tam çılpaqlığı ilə nümayiş etdirildi.

Azərbaycan dünyanın hər yerindən jurnalistləri, bloqçuları, siyasətçiləri, din adamlarını, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış televiziya kanallarının, informasiya agentliklərinin müxbirlərini ölkəyə gətirərək ermənilərin Qarabağda törətdikləri vəhşilikləri hamıya göstərdi.

Azərbaycana gələnlər Qafqazın Xirosiması, ruh

lar şəhəri Ağdamı, yerləyeksan olunmuş, soyularaq dağıdılmış, viran qoyulmuş küllü Qarabağı gözləri ilə gördülər!

İnsanlar gördüklərinə, şahidi olduqlarına daha çox inanırlar və heç zaman unutmurlar!

Dünyanın hər yerindən gələnlər Qarabağda daş üstə daş qalmadığının, meşələrin, bağların qırılaraq məhv edildiyinin, qəbiristanlıqların dağıdıldıqlarının, məscidlərin uçurulduğunun və içərisində donuz, inək saxlanıldığının şahidi oldular!

Həm də "məzlum", "fağır", "zavallı" ermənilərin əsl simalarından, hansı vəhşilikləri törətmək "qabiliyyətlərindən" şəxsən xəbər tutdular.

Necə deyərlər, kor olmuş dünyanın gözləri açıldı!

Bütün bunları Prezident İlham Əliyev etdi!

Əvvəlcə, 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfər ilə!

Çünki bu qələbə olmasaydı, adamları Qarabağa aparmaq, dağıntı və vandallığı onlara göstərmək mümkün olmazdı!

Sonra isə erməni riyakarlığını, erməni həyasızlığını, erməni hiyləgərliyini addımbaşı konkret faktlar və hadisələr əsasında ifşa etməklə!

Ən əsası isə "dəmir yumruğ"u ilə əsl həqiqətləri meydana çıxarıb faş etməklə!

***

Erməni fitnəsi, erməni hiyləsi, erməni həyasızlığı bu gün də davam edir!

Mahiyyətində isə revanşist niyyətlər, 10 noyabr 2020-ci il, 11 fevral 2021-ci il və 26 oktyabr 2021-ci il bəyanatlarında, təslimçilik aktında üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmək niyyəti durur!

Erməni həmişə kimə xidmət edibsə, nökərçilik göstəribsə, sonda onu keçi qiymətinə satıb!

Bu xalq üçün müqəddəs heç nə yoxdur!

Hətta ibadət etdikləri kilsələr də özlərininki deyil, oğurluqdur!

Xeyir gördüklərinin, fayda gördüklərinin daim kölgəsinə çevriliblər.

Quyruqları qapı arasında qalanda, ağaları daha onlara sərf etməyəndə isə başqa ağa axtarıblar!

Bu gün Paşinyan gah Moskvaya yaltaqlanır, gah da Kremlin dalınca danışır, Rusiyanı etibarsızlıqda ittiham edir!

Gah da Qərbə yarınır, hərdən ATƏT-in Minsk qrupunun  xortlamasından bəhs edir, qərbin üzünə gülərək onun vasitəsilə istəyinə çatmağa çalışır.

Özündən olsa, hiyləgər açıqlamalar, bir-birinə zidd bəyanatlar verməklə kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərdən qaçmağa çalışır!

Amma xeyri yoxdur!

Nə ona inanan var, nə də onu ciddi siyasətçi, sabit mövqeyi olan dövlət başçısı kimi tanıyan!

Azərbaycan da ötən əsrin 90-cı illərindəki dövlət deyil!

İlham Əliyev müstəqil Azərbaycanı iqtisadi cəhətdən gücləndirmiş, siyasi nüfuzunu ən yüksək səviyyəyə qaldırmış, beynəlxalq təşkilatlarda sözü eşidilən, mövqeyi müdafiə olunan dövlətə çevirmiş, qüdrətli ordu yaratmış, Azərbaycan xalqını qalib xalq, məğrur millət etmişdir!

Azərbaycanın rəhbəri dünyada sözü ilə işi, imzası ilə əməli bir olan prinsipial, qətiyyətli dövlət xadimi kimi tanınır!

Hamı bilir ki, İlham Əliyev dedisə, edəcəkdir!

Baxın, Ermənistan Zəngəzur dəhlizini dəbbələyir, yeni Laçın yolunun özünə aid hissəsini çəkməyərək Laçın rayonunu boşaltmaq istəmir, vaxtaşırı atəşkəsi pozmaqla "münaqişənin bitmədiyi" rəyini yaratmağa çalışır, statusdan, "Qarabağın özünümüdafiə qoşunu"ndan danışır.

İlham Əliyev bir neçə dəfə xəbərdarlıq etdi!

Nəticəsi olmadı!  Əksinə, düşmən ordumuzun gənc əsgərini qətlə yetirdi!

Müzəffər Ali Baş Komandanımızın "Qisas" əməliyyatı özünü çox gözlətmədi!

Komandolarımızın və "Bayraqdar"ın birgə əməliyyatı yüksək nəticələrə səbəb oldu:

* Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər ordumuz tərəfindən nəzarətə götürüldü!

* Buzdux dağı və ətrafındakı yüksəkliklər nəzarətimiz altına alındı. Bunun sayəsində ordumuz Ağdaban, Suqovuşan, Sərsəng su anbarları və Vəng istiqamətində atəş və müşahidə imkanlarını kifayət qədər genişləndirmiş oldu. Həm də ordumuzun Murovdağ istiqamətinə çıxışı təmin olundu!

* Bütövlükdə 3 avqust 2022-ci ildə keçirilən "Qisas" əməliyyatı sayəsində 164,5  kvadrat-kilometr əraziyə nəzarəti təmin etdik!

İndi isə növbədə Zəngəzurdur!

Qədim Azərbaycan torpağı olan Zəngəzur!

Əgər Paşinyan sayıqladığı kimi hərəkət edərək Zəngəzur dəhlizini açmasa, onda daim hazır vəziyyətdə olan "dəmir yumruq" öz sözünü deyəcəkdir!

Buna həm hüququmuz çatır, həm də qüdrətimiz!

***

Bu gün dünya erməni hiyləgərliyindən, ermənilərin göz yaşlarından, ah-zarından bezib!

Paşinyan nə qədər atılıb-düşsə də, sonda İlham Əliyevin dediklərini edəcəkdir!

Çünki başqa çarəsi yoxdur!

Çünki buna məhkumdur!

Həm də əyani şəkildə görür ki, "dəmir yumruq" hazır vəziyyətdə dayanıb gözləyir!

İstənilən an düşmənin başını əzərək, istədiyimizə nail oluruq!

Artıq ermənilər və onların havadarları hər bir təxribat-terror əməlinə artıqlaması ilə cavab verildiyini gözəl anlayırlar!

Laçından da rədd olmalarına sayılı günlər qalıb!

Yaxşı bilirlər ki, Zəngəzur dəhlizini istifadəyə verməsələr, Laçın dəhlizi bağlanacaq!

Heç kəsə, heç nəyə arxayın olmasınlar!

Xüsusən hiyləyə və göz yaşlarına bel bağlamasınlar!

Bu gün köhnə havalar köməyə gəlmir!

Çünki Qarabağda və Şərqi Zəngəzurda sülhyaratma prosesini İlham Əliyev idarə edir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video