23 Yanvar 2025 08:40
440
SİYASƏT
A- A+
Koçaryan Paşinyana qarşı yeni cəbhə açır

Koçaryan Paşinyana qarşı yeni cəbhə açır


Geridə qalan son aylar göstərdi ki, Ermənistanda müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti genişlənsə də, bu xüsusda keçmiş hərbi xunta önə çıxmağa cəhd etsə də, Xocalı soyqırımını törədənlərin və son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı hakimiyyətdən devirmək planları işə yaramadı. Onlar etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. İqtidarın xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

"Ermənistan" blokunun deputatı Levon Koçaryan parlamentdə jurnalistlərlə söhbəti zamanı baş nazir Nikol Paşinyanın ölkə rəhbərliyindən uzaqlaşdırılmasına nə mane oldu sualına cavab verərkən deyib ki, yəqin ki, hakimiyyət dəyişikliyinə ən çox mane olan səbəb mövcud hakimiyyətin yalan danışmaq bacarığıdır: "Yəqin ki, məhz bu mane olur. Onlar həmişə məsələni başqa istiqamətə yönəltməyi bacarırlar. Əlbəttə, hazırda vəziyyət əvvəlki kimi deyil, biz hakimiyyətin reytinqinin davamlı şəkildə düşdüyünü görürük. Digər tərəfdən isə görünür, buna müxalifətin qeyri-qənaətbəxş fəaliyyəti də mane olur".

Müxalifətin seçkilərə necə hazırlaşdığı və "Ermənistan" blokunun fraksiyasının seçkilərdə Daşnaksütyun Partiyasından ayrı iştirak edə biləcəyi ilə bağlı suala deputat belə cavab verib: "Bu barədə hələ şərh veriləsi bir şey yoxdur, çünki qərar yoxdur. Hələ bu cür müzakirələr aparılmayıb".

Aparılan sorğuların nəticələrinə toxunan Levon Koçaryan parlamentin spikeri Alen Simonyan və Robert Koçaryanın eyni 2 faizlik reytinqə malik olduqları iddialarını isə belə şərh edib: "Bu sorğuların nə qədər etibarlı olduğunu bilmirəm. Düşünmürəm ki, bunlar real məlumatlardır. Mənim atam Robert Koçaryan artıq bir neçə ildir siyasi proseslərdə fəallıq göstərmir və bu, sorğulara öz təsirini göstərir. Bəli, burada müxalifətin reytinq məsələsi də var. Birinci hissə bizim fəaliyyətimizlə bağlı haqlı narazılıq və şikayətlərdir. İkinci hissə isə nə qədər əsassız olsa da, illər ərzində yığılan və müxalifətin tamamilə qurtula bilmədiyi yalanların toplusudur".

O, Rusiyanın kömək edəcəyi təqdirdə Ermənistanın baş naziri postuna iddialı olub-olmayacağı haqda suala belə cavab verib: "Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Amma düzünü desəm, baş nazir olmaq kimi ambisiyam yoxdur. Bir neçə il əvvəl məndən deputat olub-olmayacağımı soruşsaydınız, bunu da istisna edərdim. Heç vaxt "heç vaxt" deməməliyik. Ona görə də gələcəkdə baş verən proseslərdən asılı olaraq fərqli situasiya ilə qarşılaşa bilərik".

Ümumiyyətlə, erməni xalqı Nikol Paşinyanın hökumətindən narazı olsa da, keçmişə qayıtmaq istəmir. Çünki Ermənistanda xalq 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan  məhrum edən,  ölkəni işğalçı dövlət kimi dünyaya tanıtdıran Sarkisyan-Koçaryan koalisiyasından canını qurtarıb. 

"4rd.am" nəşri yazıb ki, hökumətin Rusiya əleyhinə atdığı addımlar Ermənistanda ciddi narahatlıq doğurub. Baş verənlər hətta hökumətə yaxınlığı ilə seçilən iş adamlarını da ciddi şəkildə düşündürməyə başlayıb. Belə ki, Kremlə sadiq dairələr onlara tezliklə növbəti məhdudiyyətlərin elan olunacağını bildiriblər. Qeyd edilib ki, qadağalar xüsusilə də baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən nəhəng oliqarxlara ciddi təsir göstərəcək. Məhdudiyyətlərin siyahısı açıqlanmasa da, ehtimal edilir ki, Rusiyadan idxal ediləcək məhsullar əlavə vergiyə və digər inzibati tədbirlərə cəlb olunacaq.

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Brüssel arasındakı münasibətlərdə yeni mərhələ

16:23
12 Mart

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

16:20
12 Mart

XIII Qlobal Bakı Forumunun ilk panel iclası qlobal təhlükəsizlik və güclər balansı mövzusuna həsr edilib YENİLƏNİB

16:19
12 Mart

Rusiyanın İrana humanitar yardım aparan təyyarəsi Lənkəran hava limanına enib 

16:16
12 Mart

İran Bəhreyndə yanacaq anbarlarını vurub

15:43
12 Mart

Şəhid övladları Qəbələdə - xizək təlimləri və Yel çərşənbəsi sevinci 

15:42
12 Mart

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!