07 Aprel 2019 00:30
3062
Mədəniyyət
A- A+
Kiş Alban məbədi

Kiş Alban məbədi


Bu abidə indi əcnəbi turistlərin daha çox ziyarət etdikləri məkana çevrilib


Son illər respublikamızın şimal-qərb bölgəsinə səfər edən turistlərin daha çox üz tutduqları ünvanlardan biri də Şəkidəki Kiş Tarix-Memarlıq Qoruğu və oradakı Alban məbədidir. Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Məlumat üçün bildirək ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəngdaşıdan tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə "Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.


Ziyarətçilər ilbəil artır


Kiş Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova deyir ki, bu abidəni ziyarət edənlərin sayı dinamik şəkildə artır. Əgər 2017-ci ildə burada 16 min 500 nəfər qonaq olmuşdusa, onlardan da 7727 nəfəri xarici vətəndaşlar idi. Keçən il isə bu rəqəm 27 min nəfərlik həddi keçib. 2018-ci ildəki ziyarətçilərin arasında xaricilər daha çox üstünlük təşkil edib. Beləliklə də xarici turistlərin sayı 14 min 234 nəfər olub. Onların arasında ilk yerdə İsraildən gələn turistlərdir. Bundan əlavə, ötən il Kiş məbədini Rusiya, Cənubi Koreya, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Çin Xalq Respublikası və digər ölkələrdən çoxsaylı turistlər ziyarət ediblər. Həmçinin təhlili aparılan dövrdə Fransa, ABŞ və İspaniyadan da Kiş məbədinə xeyli sayda turist gəlib. Ümumilikdə isə keçən il Kiş məbədinə gələn turistlər dünyanın 72 ölkəsini əhatə ediblər.


"Gələrsən, görərsən” qalasına turlar təşkil olunacaq


Qoruğun direktoru deyir ki, qarşıda onların əsas məqsədlərindən biri burada əlavə turların təşkilinə nail olmaqdır. Bu zaman hədəf Kiş Alban məbədindən əlavə təxminən 5-6 kilometrlikdə yerləşən "Gələrsən, görərsən” qalasına turların təşkil olunmasıdır. Bununla əlaqədar artıq zəruri layihənin həyata keçirilməsi üçün ilkin hazırlıq görülür. Azərbaycan Respublikası Turizm Agentliyinin dəstəyi ilə həmin işlərin reallaşdırılması nəzərdə tutulur. Yolla bağlı problem həllini tapdıqdan sonra rahat şəkildə turistlərin həmin məkanı da ziyarət etmələri mümkünləşəcək. "Gələrsən, görərsən” qalasına pilləkən formasında yol çəkilişi təmin olunacaq. Hesab edilir ki, qeyd olunan məkana turların təşkili bura gələn insanların sayının artmasına da təsirsiz ötüşməyəcək.

Müsahibimiz bildirdi ki, Prezident İlham Əliyevin 2017-ci il 27 sentyabr tarixli sərəncamının icrası olaraq, Kiş məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və ərazinin abadlaşdırılması istiqamətində də işlər davam etdirilir. Layihə çərçivəsində indiyədək məbədə gedən yolun bəzi hissələrində genişlənmə işləri aparılıb. Bundan başqa, yolun kənarındakı uçuq hasarlar yeni daş hörgü ilə təzələnib. Görülən işlər, aparılan səliqə-sahman məbədə gələn turistlərdə də xoş ovqat yaradır.


4 qalalı, 15 məhəlləli Kiş


Məbədi ziyarət etməklə yanaşı, bura gələn insanlar üçün Kiş kəndi və onun tarixi də maraq kəsb edir. Hazırda təxminən 8 min əhalisi olan kənd 15 məhəllədən ibarətdir. Təsadüfi deyil ki, bu kəndin hazırkı məhəllə adları qədim toponimlərdən ibarətdir. Məsələn, Maaflar məhəlləsi (bütün vergilərdən azad olan, lakin buna görə dövlət sərhədlərini, dinc vaxt asayişi qoruyan təbəqənin adı), Duluzlar məhəlləsi (dulusçuların qədim məhəllələrindən biri; buradakı sənətkarlar dulusçuluqla məşğul olurdular) və s. bu kənddə yerləşir. İndi də Duluzlar məhəlləsində qazıntılar zamanı qədim saxsı qablara və digər tapıntılara rast gəlinir. Kənddə Dokum, Cor, Yanıqlar və sair məhəllələr də var.

Həmçinin qeyd edək ki, Kiş kəndində dörd qala kompleksi mövcuddur. Bunlardan üçü işarə, biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar da Salayuşağı, Maaflar və Duluzlar məhəlləsində yerləşir. Əhali əsasən ticarətlə, qalanlar isə maldarlıq və əkinçiliklə məşğuldurlar.


Ermənilər məbədləri də özününküləşdiriblər


Qoruq ərazisində olan məbəd maketləri də diqqətimizi çəkir. Burada ölkəmizin fərqli bölgələrində olan alban məbədlərinin maketləri var. İlk növbədə haqqında bəhs etdiyimiz Kiş Alban məbədinin inkişaf dövrünü əhatə edən 3 maketə baxırıq. Məbəd I əsrdə tikilib və o dövrdə kiçik otaq şəklində olub. Günbəzi qülləsiz idi. V əsrdə isə mehrab və ya altar hissə tikilib ki, oradan da dua etmək üçün istifadə olunub. İkincisi VIII əsrə aid olan maketdir. XII əsrə qədər olan dövrdə günbəz hissə tikilib və hər tərəfi kirəmitlə örtülüb. Növbəti isə XIX əsrə aid olan maketdir. 1836-cı ildə bütün alban məbədləri çarizm siyasətinə uyğun olaraq erməni kilsəsinə həvalə olunub. Bundan istifadə edən ermənilər həm məbədə gələrək dua edib, həm də oranı özününküləşdirmək məqsədilə bir sıra əlavələr ediblər. Qabaq hissəyə balkon, arxa hissəyə daşqala divar artırıblar. Əlavə olaraq üzərinin günbəz hissəsinin kirəmitini sökərək onun yerinə sarı dəmir çəkiblər. Lakin bu hal çox da uzun çəkməyib. Restavrasiya illərində material analizindən bura əlavə olunan daşların məbədin daşları ilə eyni olmaması aşkarlanıb. Ona görə də bütün əlavələr sökülərək atılıb və məbəd özünün əvvəlki görünüşünə qayıdıb.

Digər bərpa olunan məbəd isə Qəbələdəki Çotari məbədidir. Hazırda Qəbələnin Nic kəndində yaşayan udilər orada öz ayinlərini yerinə yetirirlər.

Qax, Kəlbəcər və Qarabağda da alban məbədləri var. Artıq Qarabağdakı alban məbədinin üzərinə xaç işarəsi vurulub və kilsə kimi fəaliyyət göstərir. Öz memarlıq üslublarına uyğun olaraq kirəmitlərini söküb dəmirlə əvəz ediblər. Ümumilikdə isə məbədlə kilsəni bir-birindən fərqləndirən əlamətlər var. Qapının üzərində xaç işarəsinin olması kilsə, pəncərə şəkli isə məbəd anlamına gəlir.

Qəbələ, Zaqatala və Qax rayonlarındakı məbədlər isə memarlıq üslubu baxımından çox oxşardır. Dairəvi tipli məbədləri günbəz tiplilərdən fərqləndirən memarlıq üslubunun daha mürəkkəb konfiqurasiyaya malik olmasıdır. Onların girinti-çıxıntıları daha çoxdur. Günbəz tipli məbədlərdə isə cəmi 1 giriş yeri olur.

Bir sözlə, görünən odur ki, yaşadığımız coğrafiyada forma və məzmununa görə çoxsaylı məbədlər mövcud olub və bəziləri hələ də qalmaqdadır. Lakin hər şeyi özününküləşdirməkdə mahir olan ermənilər dəfələrlə bizim bu mədəni irsimizə də əl qoymağa, öz adlarına çıxmağa cəhdlər ediblər. İnanırıq ki, şərəfli Azərbaycan Ordusu işğal altındakı yüzlərlə tarixi abidəmizi azad edərkən o torpaqlarda kilsəyə çevrilən məbədlər də yenidən əvvəlki görkəminə qaytarılacaq.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!