07 Dekabr 2022 01:51
854
İQTİSADİYYAT
A- A+
Kiçik biznes böyük çağırışlara cavab verməlidir

Kiçik biznes böyük çağırışlara cavab verməlidir

 

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsi bu məqsədə xidmət edir

 

"Dama-dama göl olar" deyiblər. Bu baxımdan hər kiçik sahibkarın ölkəmizin iqtisadiyyatının inkişafına verdiyi töhfənin öz yeri, öz əhəmiyyəti var. Belə ki, indi respublikanın müxtəlif şəhər və rayonlarında yüzlərlə kiçik və orta sahibkar çalışır ki, onların da iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında rolu getdikcə artır.
Azərbaycanda biznesin mütləq əksəriyyətini - 99,6 faizini mikro, kiçik və orta sahibkarlıq təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5 faiz olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin bildirdiyinə görə, KOB-ların qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən il 59,8 faizə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard dollara yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32 faizdən çox hissəsini, qeyri-neft ÜDM-nin isə 56,5 faizini təşkil edib.
Məhz buna görə də dövlət sahibkarlıq fəaliyyətini dəstəkləyir, sahibkara hərtərəfli dəstək göstərir. Bununla bağlı indiyədək çoxlu sayda fərman və sərəncamlar, digər sənədlər imzalanmışdır. Məlum olduğu kimi, sahibkarlıq fəaliyyətinə böyük dəstək göstərəcək daha bir sənəd - "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi işlənib hazırlanmışdır.
Qanun layihəsi 5 fəsildən və 15 maddədən ibarət olub mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, formaları, qaydası və qiymətləndirilməsi ilə bağlı maddələr təsbit olunub. Burada eləcə də dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə əlaqədar maddələr özünə yer alıb.
Bu sənədə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Bir sözlə, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi və keyfiyyətcə yüksəlməsi üçün bu, olduqca əhəmiyyətli bir addımdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olduğunu vurğulayaraq demişdir: "Kiçik və orta sahibkarlığın əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli və ünvanlı dəstək mexanizminin yaradılması ilə ölkədə biznes mühitinin inkişafı daha da sürətlənəcək. Hazırda agentliyimiz tərəfindən kiçik və orta sahibkarlığa dövlət dəstəyi, ticarət şəbəkələrinə çıxış və müxtəlif maliyyə dəstək tədbirləri təklif olunur. Qanun layihəsinin hazırlanması da belə dəstəklərdən biridir. Qanun layihəsi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin rəyi də nəzərə alınıb, qanun layihəsi beynəlxalq təcrübədən bəhrələnərək hazırlanıb. Qanun layihəsi kiçik və orta sahibkarlığın inkişafı üçün bu sahədə pərakəndəliyi aradan qaldırmaq məqsədini daşıyır. Qanunun tətbiqi rəqabətqabiliyyətli biznes mühitini gücləndirməklə investisiya cəlbediciliyinin və ən əsası, gələcəkdə məşğulluğun daha da artmasına təkan verəcək".
Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə artıq iki oxunuşdan keçib.
Yeni dövrün çağırışlarına uyğun olaraq KOB mühitinin inkişafı baxımından yeni qanun layihəsinin əhəmiyyəti Bakıda keçirilən "Kiçik və Orta Bizneslərin Beynəlxalq Şəbəkəsinin - INSME - 18-ci İllik Toplantısı" mərasimində də qeyd olunub. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənədin KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcəyi vurğulanıb. KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Serdjio Arzeni deyib: "Sahibkarlıq və KOB-ların inkişafı siyasətindən başqa, rəqabət qabiliyyətinin və KOB-larda çalışanların bilik və bacarıqlarının artırılması siyasəti həddən çox vacibdir. Biz Azərbaycanda KOB-lara ünvanlanan siyasəti gücləndirmək istəyirik. İqtisadi şaxələndirmə sahəsində inkişaf önəmlidir".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!