27 Noyabr 2022 01:30
486
Oxucu məktubları
A- A+

Kəndlərin qazlaşdırılması ilə bağlı tədbirlər görülür

 

Lerik rayonunun Bradi kənd sakini Zəfər Orucoğlunun "Azərbaycan" qəzetinin 23 oktyabr 2022-ci il tarixli sayında dərc edilmiş "Qaz yox, odun da tapmaq olmur" sərlövhəli məktubunda Dəstər kənd inzibati ərazi dairəsinə daxil olan Hamarat, Dəstər, Bradi və Dızdipok kəndlərində mavi yanacağın olmaması göstərilmiş və əhalinin odun yanacağı ilə təminatında çətinliklərin olduğu qeyd edilmişdir.
Bildiririk ki, Zəfər Orucoğlu qəbul edilmiş, onunla söhbət aparılmış və qəzetdə dərc olunmuş məktubu araşdırılmışdır. Vətəndaşa izah edilmişdir ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenidən qurulması ilə bağlı respublikanın hər yerində olduğu kimi, rayonumuzda da böyük quruculuq-abadlıq işləri aparılır. Rayon üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Hazırda Babaküçə, Züvüc və Davradibi kəndlərinin qazlaşdırılmasında işlər davam etdirilir. Qazlaşdırılmayan bütün yaşayış məntəqələri, o cümlədən Dəstər kənd inzibati ərazi dairəsinə daxil olan kəndlər üzrə tələb olunan sənədlər rayon icra hakimiyyəti tərəfindən "Azəriqaz" İstehsalat Birliyi ilə birlikdə hazırlanaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur.
Əhalinin odun yanacağı ilə təmin olunması isə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən həyata keçirilir. Dəstər kənd inzibati ərazi dairəsinə daxil olan  Hamarat, Dəstər, Bradi və Dızdipok kəndləri "Razvandaband" meşəbəyliyinin 19, 19b, 20 və 22-ci meşə dolaylarının əhatəsində yerləşir. Həmin dolaylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə razılaşdırılmaqla qırma sahələri müəyyən edilmiş, vətəndaşlar 1 kubmetr üçün 18,0 manat ödəməklə bilet əsasında odun yanacağı ilə təmin olunmuşlar. Məktubda adları qeyd olunmuş Bradi kənd sakini Qurbanov İlyas İzzət oğlu və Dəstər kənd sakini Babayev Ağadadaş Cəbrayıl oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə müraciət etməklə bilet əsasında odun yanacağı ilə təmin oluna bilərlər.
Hörmətlə,

Əkbər ABBASOV,
Lerik Rayon İcra Hakimiyyətinin başçısı 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video