31 Mart 2022 01:24
1284
Oxucu məktubları
A- A+

Kəndimizin körpüyə ehtiyacı var

 

Qaraçay çayı Goranboyun Murovdağ silsiləsinin ətəyində yerləşən Zeyvə kəndini iki hissəyə ayırır. Çayda su az olduqda kənd sakinləri çayın o biri tayına avtomobillə keçə bilirlər. Çayda su aşıb-daşanda isə ümid qalır sınıq-salxaq körpüyə.

Hətta bir neçə dəfə kənd sakinlərinin qoyun-quzusu çaya düşüb. İnsanların oradan keçməsi isə olduqca təhlükəlidir. Bu körpünü kənd camaatı əlinə keçən dəmir parçaları ilə birtəhər düzəldib. O üzdən bir neçə dəfə körpünü (əgər buna körpü demək mümkündürsə) sel suları yuyub aparıb. Dəfələrlə aidiyyəti qurumlara şikayət etsək də, bizə kömək edən tapılmır. Zeyvə kənd icra nümayəndəsi İnqilab Aslanova müraciət edəndə isə deyir ki, problemlə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etmişik, nəticəsi yoxdur.

Hörmətli redaksiya! Bəlkə bu işdə siz bizə kömək edəsiniz.

 

Sevda ƏBİLOVA,

Goranboy rayonunun Zeyvə kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video