27 Aprel 2022 00:29
1942
Oxucu məktubları
A- A+

Kəndimizdə bankomat olsa, pensiyaçıların rahatlığı təmin edilər

 

Yaşadığım Quşçu kəndi son 10 ildə tamamilə dəyişib. Kənddə müasir tələblərə cavab verən 360 şagirdlik yeni məktəb binası tikilmiş, kənd uşaq bağçası əsaslı təmir edilmiş, əhalinin içməli su, qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunması qaydaya salınmışdır.

Kəndə gələn əsas avtomobil yolunun müasir tələblərə uyğun qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də ürəyimizcədir. Xüsusilə "AzerGold" QSC-nin Çovdar filiz emalı sahəsinin Quşçu kənd sakinlərinin böyük əksəriyyətinin daimi işlə təmin olunmasındakı rolunu və ərazidə bir sıra sosial, ekoloji, o cümlədən turizmlə bağlı layihələrin icra edilməsini qeyd etmək istərdim.

Hazırda kənd sakinlərini daha çox narahat edən məsələlərdən biri kənddə bankomatların olmamasıdır. Xüsusilə pensiyalar veriləndə insanlar məcbur olub ya Gəncəyə, ya da rayon mərkəzinə üz tuturlar ki, bu da əlavə vaxt itkisi, əziyyət və xərc deməkdir.

Hörmətli redaksiya!

Xahiş edirik, bu vacib məsələni ictimailəşdirməklə onun həllində bizə kömək göstərəsiniz.

 

Dilqəm ƏHMƏDOV,

Daşkəsən rayonunun Quşçu kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video