25 Noyabr 2022 02:53
279
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatı məhsullarının yığımı başa çatır

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 728,7 milyon manat təşkil edib. Bunun 4 milyard 424,5 milyon manatı heyvandarlıq, 5 milyard 304,2 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1, bitkiçilik məhsulları üzrə 3,2 faiz artıb. 
Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir.  Noyabrın 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2 milyon 882,4 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, 30,4 min hektar qarğıdalı sahəsindən 232,7 min ton məhsul yığılıb. 
Yığım başlanandan sahələrdən 1 milyon 31,1 min ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox kartof toplanıb. Keçən ilin eyni vaxtı ilə müqayisədə 1,4 faiz çox tərəvəz, 1,9 faiz çox bostan məhsulları, 3,5 faiz çox meyvə və giləmeyvə, 1,7 faiz çox üzüm, 8,3 faiz çox pambıq, 10,9 faiz çox günəbaxan yığılıb. Yalnız yaşıl çay yarpağı, şəkər çuğunduru və tütün yığımı azalıb. 
Bu il oktyabrın 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3117 vahid istixana fəaliyyət göstərib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 14, xiyarın istehsalı 37,9 faiz artıb. 
Hazırda təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 941,8 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 344,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Bunun 190,7 min hektarını buğda, 154,1 min hektarını arpa və 0,1 min hektarını çovdar təşkil edir. 
Heyvandarlığa aid rəqəmlər isə bunlardır: 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 470,8 min ton, süd istehsalı 1,6 faiz artaraq 1 milyon 837,6 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 1 milyard 658,6 milyon ədəd olub. Yun və barama istehsalı isə azalıb. 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video