29 Sentyabr 2022 14:47
438
DÜNYA
A- A+

İsveçrə buzlaqları sürətlə əriyir: 2022-ci il onlar üçün faciəli il oldu  

 

"2022-ci il İsveçrə buzlaqları üçün faciəli il oldu”: 3 kub kilometr buz əriyib: - bu isə üç trilyon litr su deməkdir. Belə qənaətə İsveçrə Elmlər Akademiyasının Kriosfer komissiyası gəlib. Cari ildə buzlaqlar quru qış və yay istilərinin bir neçə dalğası səbəbindən ümumi həcminin 6 faizini itirib. AZƏRTAC “Euronews”a istinadən xəbər verir ki, dərc edilmiş məruzəyə əsasən bu, buzların ərimə sürətində qeydə alınan rekorddur.

Alimlər, həmçinin buzlaqların geriləmə sahəsinin artmasını təsdiq ediblər və bu prosesin yalnız sürətlənəcəyini vurğulayıblar.

"Ekstremal hallar davam edərsə, o zaman biz buzlaqların yox olmasını gözlənildiyindən daha tez bir zamanda görərik. İqlim ssenarilərinə əsasən, ehtimal edirik ki, 2100-cü ilə qədər biz yüksəklərdə müəyyən həcmdə buz müşahidə edə bilərik. Lakin, iqlimin müdafiəsi ilə bağlı tədbirlər görülməsə, qlobal miqyasda istixana qazları tullantıları azalmazsa, 2100-cü ilə qədər, demək olar ki, buz qalmayacaq", - deyə İsveçrənin Buzlaqların monitorinqi departamentinin rəhbəri Matias Huss bildirib.

İlin əvvəlində Alp dağlarında qar örtüyü həddindın artıq yüngül idi. Sonra mart-may ayları dövrdə Saxaradan qum fırtınası gəldi. Çirklənmiş qar buzlaqları qoruyucu qar örtüyündən məhrum edərək, daha çox istiliyi udur və daha tez əriyirdi. Yayda baş vermiş faciə vəziyyətin nə dərəcədə ciddi olduğunu nümayiş etdirdi: iyul ayının əvvəlində Alp dağlarının İtaliya hissəsində ən böyük buzlaq hesab edilən Marmolad buzlağının bir hissəsinin aşması səbəbindən 11 nəfər həlak oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video