İrəvanda küçələrə zirehli maşınlar yeridildi
Etirazçılar əksər dövlət qurumlarının binalarını mühasirəyə alıblar
İrəvanda baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən mitinqlər davam edir. Etirazlar Ermənistanda siyasi gərginliyi dərinləşdirməklə yanaşı, xaotik vəziyyət yaradıb. Çünki baş nazirə qarşı müxalifətin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarıb. Kütləvi həbslərə baxmayaraq, aksiyalar fonunda ölkədəki vəziyyət getdikcə daha da dramatikləşir.
Dünən növbəti etiraz yürüşü polislərin müşayiəti ilə İrəvanın mərkəzindəki Fransa meydanına yaxın ərazidə gerçəkləşib. Müxalifətin əsas istəyi aksiyaya maksimum sayda vətəndaş cəlb etməklə hərəkəti iflic etmək idi. Etirazçılar hökumət binasının girişlərini bloklamağa cəhd göstəriblər. Polislə qarşıdurma zamanı aksiyanın əsas fəalları kütləvi etirazlara çağırışlarına görə həbs olunublar.
Yaranmış vəziyyətdə hakimiyyət küçələrə xüsusi texnika və zirehli maşınlar çıxarıb. Bundan əvvəl isə Ermənistan polisi bildirib ki, müxalifət tərəfindən başladılmış aksiyalar İrəvan küçələrində nəqliyyatın hərəkətinin bilərəkdən dayandırılması, təşkilatların normal fəaliyyətinin əngəllənməsi ilə müşayiət olunur. Təşkilatçılara 3 gün ərzində edilən şifahi xəbərdarlığın nəticəsi olmayıb, keçmiş hərbi xuntanın tərəfdarları aksiyaları dayandırmayıblar.
Dünəndən etibarən etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıblar. Ölkə prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsi, təhsil, mədəniyyət və xaricdə yaşayanlarla iş üzrə nazirliklərin, Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və daxili təhlükəsizlik baş idarələrinin binaları mühasirəyə alınıb.
Ermənistan Baş Prokurorluğu İrəvanda kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları ilə bağlı cinayət işi açıb. Qeyd olunur ki, cinayət işi üzrə ümumilikdə 14 nəfərin adı çəkilir, onlardan 7-si məhkəmənin qərarı ilə həbs edilib.
Görünən odur ki, ölkədə yaranan böhranlı vəziyyət insanları hakimiyyət barədə daha pessimist düşünməyə vadar edir. Çıxılmaz duruma düşməyin yaratdığı duyğular, Ermənistanın perspektivinə inanmamaq artıq dayanıqlı şəkil alır. Bu da insanların davranışına və əhvali-ruhiyyəsinə təsir edir. Böhran Ermənistanda həyatın bütün sahələrini ağuşuna alıb. Yalnız iqtisadi sferada baş verənlər vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Artıq iqtisadçılar dövlət borcunun həddən çox olması barədə həyəcan təbili çalırlar. Ermənistanın keçmiş sənaye və ticarət naziri Karen Çşmarityan bildirib ki, problem Ermənistanın ümumi iqtisadi siyasəti ilə bağlıdır. "Əgər mövcud iqtisadi geriləmə tempi daha 2 ay belə davam etsə, bundan sonra nə olacağını söyləmək çətindir. Bütün bunların necə bərpa edilə biləcəyini düşünmək qəliz məsələ olacaq. Bu gün milli, dövlət maraqlarımız təhlükə altındadırsa, hansı milli iqtisadiyyatdan danışa bilərik", - deyə o sual edib.
Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!