05 Oktyabr 2022 15:10
668
DÜNYA
A- A+

İranda güclü zəlzələ olub

 

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin 84 kilometr dərinliyində olub.

AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, zəlzələ nəticəsində vilayətdə 200-dən çox binaya zərər dəyib. Bəzi evlər tamamilə dağılıb. Ölənlər haqqında hələlik məlumat yoxdur. Lakin 400-dən çox adamın müxtəlif dərəcədə xəsarət aldığı bildirilir.

Hadisə yerinə Urmiya və Təbrizdən yanğınsöndürən, xilasedici və təcili tibbi yardım maşınları göndərilib. İranın Qırmızı Aypara Cəmiyyəti evi dağılanlar üçün çadırlar qurur.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında, Ermənistanda və Türkiyənin İğdır vilayətində də hiss olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video