23 Iyun 2022 15:16
207
DÜNYA

İrakli Qaribaşvili: Hökumət ölkədə sülhün, sabitliyin qorunması və inkişaf üçün hər şeyi edəcək 

 

Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkədə sülhün, sabitliyin qorunması və inkişaf üçün hər şey edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Gürcüstanın gələcəyi Avropa ilə bağlıdır. Gürcüstan hökuməti əlindən gələni edəcək ki, gürcü xalqı daha yaxşı yaşasın, ölkə daha çox tərəqqiyə, inkişafa nail olsun.

Baş nazir deyib: “Bizim komanda sülhün, sabitliyin qorunması və ölkənin inkişafı üçün hər şeyi edəcək və bu yolda heç kim bizə maneə ola bilməz. Əgər kimsə, hansısa yolla sabitliyi pozmağa cəhd etsə, biz, xalqımızın əmin-amanlığı və firvanlığını qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edərək bunun qarşısını alacağıq”.

“Ölkəmizin, xalqımızın əmin-amanlığını qılıncla, odla qoruyacağıq və buna heç kimin şübhəsi olmasın”, – deyə Qaribaşvili vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video