25 Oktyabr 2024 08:45
2687
Elm və texnika
A- A+
İnternetdə təhlükəsizlik problemi: çıxış yolu varmı?

İnternetdə təhlükəsizlik problemi: çıxış yolu varmı?


Bu gün internetdə təhlükəsizlik sarıdan ən ciddi problem hansıdır? Sualın cavabı zamana bağlı olduğundan və bir də təhlükəsizlik məsələləri daim inkişaf etdiyindən fərqli olur. Digər tərəfdən "hücum" etmək istəyən şəxslərin və ya qurumların da niyyətləri, maraqları sabit deyil. 

İnformasiya texnologiyaları üzrə mühəndis-ekspert Bəhruz Əliyev bildirir ki, ən qorxulu təhlükəsizlik problemi nədir sualının dəqiq cavabı yoxdur: "Əsas məsələlərdən biri məlumat oğurluğu və məxfiliyin sındırılması ilə bağlıdır. İnternetdə çoxlu sayda şəxsi və kritik məlumatlar paylaşılır. Bu zəmində istər-istəməz gizliliyin pozulması riski gündən-günə artır. İkinci problem şəbəkə üzərindən hücumlardır. Böyük və ya kiçik şirkətlərə, dövlət təşkilatlarına və ya hər hansı şəxsə qarşı müxtəlif kiberhücumlar ola bilər. Təhlükənin başqa qaynağı isə sosial şəbəkələrdə fəallıqdır.  İnsanların internetdə keçirdiyi vaxt artdıqca qarşılıqlı fəaliyyət intensivləşir. Bu da zərərli məzmunların yayılmasına gətirib çıxarır. Ona görə də sosial şəbəkələrdən imkan daxilində konkret və faydalı məqsədlərlə bəhrələnmək gərəkdir. Sonra isə oranı tərk etmək lazımdır. Başqa bir məsələ yalançı xəbərlər və dezinformasiya ilə bağlıdır. Bu, cəmiyyətdə qarşılıqlı şübhələrə səbəb ola bilər. Ona görə də insanlar xəbər əldə edərkən etibarlı mənbələrə müraciət ünvanlamalı və bir neçə mənbədən dəqiqləşdirmə apardıqdan sonra nəticəyə gəlməlidirlər". 

Ekspert onu da deyir ki, kiberhücumların mənbələri çox müxtəlifdir: "Bu, hücumun növündən, məqsədindən və hücum edilən təşkilatın tipindən asılı olaraq dəyişir. Ona görə də problemi geniş rakursdan dəyərləndirmək lazımdır. Kiberhücumlardan biri "kriminal qruplar"dan yönəlir. Onlar çoxsaylı hədəflər, başlıcası da pul əldə etmək üçün müxtəlif zərərli proqramlardan istifadə edə, bank məlumatlarını oğurlaya bilərlər. Rəqib dövlətlər və təşkilatlar arasında qarşılıqlı hücumlar da hər zaman mümkündür. Dövlətlər həm siyasi, həm də rəqabət məqsədilə bir-birinin məlumatlarını oğurlamaq, əzələ nümayiş etdirmək üçün belə vasitələrdən istifadə edirlər. Eyni zamanda casusluq və intellektual mülkiyyətin oğurlanması kimi müxtəlif hədəflər var. Digərləri həmin müəssisədəki hər hansı işçiyə hücumla onun kompüteri üzərindən daxili mənbələrdəki məlumatları əldə edə bilərlər. Başqa qrup isə kiminsə özəl məlumatını oğurlamaqdan ötrü kiberhücumlar təşkil edir və bu adətən individual xarakter daşıyır". 

B.Əliyevin fikrincə, kiberhücumların müəyyən olunması müxtəlif ola bilər və o, hücumun növündən, məqsədindən, təşkilatın təhlükəsizlik qabiliyyətindən asılıdır: "Hücumun tipi aşkarlanma müddətini təyin edir. Zərərli proqramların zəruri təhlükəsizlik tədbirləri görülübsə, onun tez müəyyən edilməsi mümkündür. Amma "hücumçu"lar daha kompleks hərəkətdədirlərsə, onların aşkarlanması gec baş verir. İkinci, təhlükəsizlik tədbirlərini və davamlı monitorinqləri mütəmadi keçirmək lazımdır. Belə halda hücumlar daha tez aşkarlanır. Hücumların sürətli aşkarlanması üçün adətən avtomatlaşdırılmış monitorinq sistemləri tətbiq olunur. Əsas faktorlardan biri də təcrübədir. Təşkilatın daha əvvəldən yaşadığı kiberhücumlar, təhlükəsizlik qabiliyyəti və qazandığı təcrübə hücumların aşkarlanmasını asanlaşdırır". 


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib  

22:38
13 Dekabr

Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir

20:42
13 Dekabr

Parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər müzakirə ediləcək  

20:36
13 Dekabr

Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəkləşib – Vətənimizə qovuşmuşuq

20:30
13 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

20:21
13 Dekabr

DGK sədri Salyanda vətəndaşlarla görüşüb

20:19
13 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib

19:20
13 Dekabr

Fələstin Prezidenti Mahmud Abbas İtaliyada müxtəlif görüşlər keçirib

18:47
13 Dekabr

Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

18:16
13 Dekabr

MOK-da II Təhlükəsiz İdman Forumu keçirilib

18:06
13 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

18:01
13 Dekabr

Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub  

18:00
13 Dekabr

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

17:59
13 Dekabr

Dövlət Xidməti: “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər təşəbbüsü Milli Məclisdə baxışdadır  

17:58
13 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

17:57
13 Dekabr

Fəxri konsul: İrlandiyada Azərbaycanı təmsil etmək böyük şərəfdir

17:56
13 Dekabr

XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

17:55
13 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:54
13 Dekabr

BMTM-in və XİN-in birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim təşkil olunub

17:54
13 Dekabr

Azəri-Çıraq-Günəşli yatağında ümumi neft hasilatı 600 milyon tona çatıb

17:52
13 Dekabr

Vətəndaşların ilkin hərbi qeydiyyata alınma müddəti dəyişdirilir

17:52
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!