20 Dekabr 2018 00:54
995
SİYASƏT

İnsanların sağlamlığı dövlət üçün ən əsas vəzifədir


Son 15 ildə 650-yə yaxın tibb müəssisəsitikilib və ya əsaslı təmir olunub


Son illər paytaxt Bakıda, eləcə də bölgələrdəbir-birindən gözəl və yaraşıqlı, dünya standartlarına cavab verən xəstəxanalar,poliklinikalar, tibb məntəqələri, sağlamlıq ocaqları, müalicə-istirahət yerlərivə s. tikilib istifadəyə verilir.

Hələ onu demirik ki, sovet dönəmindən qalma,fiziki cəhətdən köhnəlmiş və yararsız hala düşmüş onlarla bina Azərbaycan Prezidentinin,eləcə də Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində yenidən qurularaq yüksəksəviyyədə təmir edilmiş, bərpa işləri aparılmış, son texnologiyaya məxsus tibb avadanlıqlarıilə təchiz edilərək istismara verilmişdir. Azərbaycan Prezidentinin tapşırıq vətövsiyələri baxımından bunlar və digər bu kimitədbirlərin həyata keçirilməsi, habelə səhiyyə sahəsindəki islahatlar birməqsədə xidmət edir: Azərbaycan vətəndaşları sağlam olsunlar, sağlam yaşasınlar,yüksək səviyyəli tibbi xidmət ala bilsinlər və s.

Ölkəmizdə yenidənqurmadan sonra tibbi xidmətəbaşlayan səhiyyə obyektlərindən biri də bu günlərdə açılışında Azərbaycan Prezidentiİlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdikləriSəhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.

Burada əsaslı təmir və yenidənqurmadan sonrayaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivi iləgörüşündə demişdir: "Bu gün biz Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdənsonra açılışını qeyd edirik. Bu münasibətlə institutun kollektivini ürəkdən təbrikedirəm. Bu gözəl hadisə münasibətilə bütün xalqımızı təbrik edirəm. Çünki bu institutunAzərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəziyenidənqurmadan sonra indi ikinci həyatını yaşayacaq. Mən indi buradakı stendlərdəbinanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış oldum. Onlarçox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiqgöstəriş verilmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinəxidmət göstərmişdir. Siz - burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutunölkəmizin səhiyyə sistemində xüsusi yeri var. Bilirəm, təmir zamanı vətəndaşlargözləyirdilər ki, bu institut tezliklə açılsın və onun imkanlarından istifadə olunsun.Əlbəttə ki, bu gün burada yaradılan müasir şərait ən yüksək standartlara cavab verir.Həm təmir-tikinti işləri çox böyük peşəkarlıqla, zövqlə aparılıb, həm də buradaquraşdırılan müasir avadanlıq, əlbəttə, xəstələrə ən yüksəksəviyyəli xidmət göstərəcəkdir.Bu gün öz sağlamlığını bərpa etmək istəyənlər mütləq buraya gəlib şəfa tapacaqlar”.

Gözəl memarlıq abidəsini xatırladan institutunbinasının həm xarici görünüşü, həm də daxili dizaynı göz oxşayır. İnstitutun ərazisidə çox genişdir, təxminən 14 min 600 kvadratmetr sahəni əhatə edir. Bərpa və yenidənqurmadansonra yaradılan şərait onu deməyə əsas verir ki, burada nəinki ölkə vətəndaşlarına,hətta xarici ölkə vətəndaşlarına da yüksək səviyyədə tibbi xidmət göstərmək mümkündür.Bu, bir daha ölkə Prezidentinin, eləcə də Heydər Əliyev Fondunun səhiyyə sahəsinəgöstərdiyi diqqətin təzahürüdür. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığıAzərbaycan dövləti üçün ən əsas vəzifədir. Təsadüfi deyil ki, son 15 il ərzindəölkəmizdə təxminən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmiredilib. Qeyd etdiyimiz kimi, sovet dönəmindən qalmış, istifadəsi çətinliklər yaradanneçə-neçə şəfa ocağı yüksək səviyyədə təmir olunub. Heç kimə sirr deyil ki, bu günölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi müalicə almaq mümkündür.

Aparılan islahatlar, həyata keçirilən dövlətproqramları çərçivəsində, demək olar ki, bir sıra mərkəzi şəhər və rayon xəstəxanalarınıntikintisi və əsaslı təmiri başa çatmaq üzrədir, bir neçə yeni xəstəxana binası isəöz açılışını gözləyir. Azərbaycan Prezidenti çıxışında əminliklə bildirmişdir ki,yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq: "Bu, ölkəmizin səhiyyə sisteminəverilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləqəksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərirvə vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texnikibazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bugün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulaninvestisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycandayüksəksəviyyəli tibbi xidmət ala bilsinlər. Bildiyiniz kimi, son illər bütün ölkəüzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir vəaşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, beləgenişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycanvətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlarhəyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçməküçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizimsiyasətimizin qələbəsidir”.

Məmnunluq doğuran haldır ki, ölkəmizdə busahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən səhiyyəsahəsində aparılan işlər yüksək dəyərə layiqdir. Həmçinin Dünya Səhiyyə Təşkilatıölkəmizdə səhiyyə quruculuğu ilə bağlı görülən işləri həmişə dəyərləndirir. Birsözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsiniverir. Ona görə də Azərbaycan vətəndaşları istənilən vaxt sağlamlıqlarının qayğısınaqala bilir, gənc nəsil sağlam həyat tərzi sürür. İnsanların sağlamlıqlarını təminvə bərpa etmək üçün Azərbaycanda istənilən şərait var.

Rəhman SALMANLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video