Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
ABŞ-nin “Sierra Space” kosmik texnologiya şirkəti NASA-nın Conson Kosmik Mərkəzində Ay torpağından ilk oksigen çıxarma prosesini reallaşdırıb. Bu, Ayda yaşayış yerlərinin qurulması və insanların peykdə uzunmüddətli mövcudluğunu dəstəkləmək üçün olduqca önəmlidir.
“Sierra Space”in icraedici direktoru Tom Vays bildirib ki, bu addım Ayda daimi mövcudluq yaratmağa imkan verəcək: “Apollo proqramı bizi Aya apardı, Artemis isə orada qalmağımızı təmin edəcək. Bu da yerli təbii resurslardan istifadə edərək oksigen istehsal edə bilən texnologiyaların inkişaf etdirilməsi ilə başlayacaq”.
Ötən ay keçirilən sınaqlar zamanı “Sierra Space” oksigen çıxarma sistemləri iki həftə ərzində Conson Kosmik Mərkəzindəki termal vakuum kamerasında simulyasiya edilmiş Ay torpağında çalışdırılıb. Karbotermal reduksiya reaksiyası sayəsində reqolitdən oksigenin müvəffəqiyyətlə çıxarılması təmin edilib. Reaktorun sınaqdan keçirildiyi temperatur diapazonu mənfi 45 dərəcə ilə 1800 dərəcə arasında dəyişib. Sistemin aşındırıcı və kəsici Ay torpağını uğurla emal etməsi tələb olunurdu. Şirkətin klapan dizaynı 10 mindən çox dövr ərzində öz funksionallığını qoruyaraq saxlaya bilib. Sistem daha sonra reqoliti tərkibindəki minerallardan oksigen çıxarmaq üçün karbotermal reduksiya reaksiyası prosesini həyata keçirərək prosesi təkrarlamaq üçün emal olunmuş reqoliti sistemdən çıxara bilib.
İnnovativ texnologiya Ayın təbii resurslarından istifadə edərək Yerdən gətirilən materiallara olan asılılığı azaltmağı hədəfləyir. Burada oksigen təkcə nəfəs almaq üçün deyil, həm də raket yanacağı kimi istifadə ediləcək.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Qazaxıstanda referendum keçirilir
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
ABŞ-nin riyakarlığı
Azərbaycan sabitlik məkanıdır
Eviniz mübarək, eliniz abad olsun
Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub
BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!