14 May 2022 00:55
903
Elm və texnika
A- A+

İnsanları, əşyaları və mətnləri analiz edən gözlük

 

"Google Glass" gözlükləri kütləvi məhsul kimi böyük uğur qazanmasa da, bəzi sahələrdə istifadə üçün yararlı sayılıb. Məsələn, "Envision" startapı "Google Glass"ın korporativ versiyasını süni zəka texnologiyaları ilə birlikdə istifadə edərək görmə qabiliyyətində problemlər yaşayan insanların həyatını asanlaşdırıb.

Belə ki, bu gözlüklərə kiçik ölçülü kamera inteqrasiya edilib və gözlük onun vasitəsilə insanları, mətnləri və əşyaları analiz edir. Prosesi bitirdikdən sonra isə konstruksiyasına inteqrasiya edilmiş səsgücləndirici vasitəsilə istifadəçiyə həmin obyektlərin vizual məlumatlarını verir.

"Envision" startapının texnologiyası istifadəçiyə kimin və ya nəyin yaxınlaşdığını, olduğu hər hansı bir məkanda nələrin baş verdiyini söyləyə bilir. Hətta tanış olmayan məkanlarda yardım lazım olan zaman gözlükdəki videozəng funksiyası sayəsində istifadəçinin öz dostları və ailə üzvləri ilə əlaqə saxlayır. Bu halda gözlüyün kamerası ilə əldə edilən görüntü zəng edilmiş şəxslərə ötürülür.

Təkmilləşdirilmiş "Google Glass" gözlüyü startapın saytında 3268.91 avroya satılır. Çoxları məbləği yüksək hesab etsələr də, bu, görmədə problemləri olan insanların ətraf aləmə istiqamətlənməsi və hətta mətnləri oxuma bacarığını əldə etməsi əvəzində yüksək deyil.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video