16 Yanvar 2022 00:13
707
Səhiyyə
A- A+

İnfarkt riskini azalda bilərsiniz

 

Bir sıra tədqiqatlar sübut edib ki, fiziki fəal insanlar arasında miokard infarktının rastgəlmə tezliyi azhərəkətli insanlara nisbətən daha aşağı olur.

Amerikalı idman həkimi və tədqiqatçı Coe Devalt apardığı araşdırmalara əsasən müəyyən edib ki, əgər davamlı şəkildə fiziki məşqlər etsəniz, miokard infarktı riskini 30 faiz azaltmış olarsınız. Mütəxəssis söyləyir ki, əgər siz oturaq həyat tərzi yaşayan insansınızsa, keçirəcəyiniz ilk miokard infarktı zamanı birinci 24 saat ərzində ölmə riskiniz 25 faiz təşkil edəcək, sonrakı 5 il ərzində isə bu rəqəm 75 faizə yaxınlaşacaq. Lakin davamlı şəkildə idmanla məşğul olursunuzsa, ilk 24 saat ərzində ölmə riskiniz 5 faizə, növbəti beş il ərzində ölmə riskiniz isə 25 faizə qədər enəcəkdir. C.Devalt belə bir fərqə nail olmaq üçün 2-3 ay, həftədə 3 gün müddətində, 30 dəqiqə, orta intensivlikli fiziki məşq proqramının kifayət etdiyini də bildirib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video