09 Sentyabr 2022 18:13
515
Təhsil
A- A+

İlk sertifikatlar elm və təhsil naziri tərəfindən müəllimlərə təqdim edilib

 

Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə İnsan Resursları Mərkəzinin son 5 ildə həyata keçirdiyi layihələr üzrə hesabat təqdim edilib. Hesabatda Mərkəzin təşkil etdiyi müsabiqələr üzrə yeniliklər, ümumi statistikalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Mərkəzinin keçirilən müsabiqələrdəki əhəmiyyətli rolu haqqında fikirlərini paylaşıb. Həmçinin nazir müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində ciddi işlər görüldüyünü bildirib. Emin Əmrullayev 60 000-dən çox şəxsin müsabiqədə iştirakının prosesin şəffaf və obyektiv keçirildiyinin nəticəsi olduğunu qeyd edib.

Elm və təhsil naziri son 10 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə fəaliyyətə başlayan təhsilverənlərin sertifikatlaşdırma prosesində 100 faizlik nəticə göstərərək test imtahanı mərhələsindən keçdiklərini bildirib. O, sertifikatlaşdırmanın nəticəsindən asılı olaraq təhsilverənlərin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edib. Nazir müəllimlərə əldə etdikləri nəticəyə görə təşəkkürünü bildirib.

Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə İnsan Resursları Mərkəzinin əməkdaşları, müsabiqələrin təşkilinə dəstək olan “Məktəblinin dostu” layihəsinin və “Bir” Tələbə Könüllü İctimai Birliyinin nümayəndələri təltif olunub.

Tədbirdə sertifikatlaşdırma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən, ucqar kənd məktəblərində çalışan, müsabiqələr üzrə uğur qazanan şəhid ailəsi üzvləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video