01 Dekabr 2022 01:20
352
İDMAN
A- A+

İLK SENSASİYA

 

Dünən Qətərdə keçirilən  mundialda daha bir qrupda mübarizəyə yekun vurulub.  Günün ilk iki oyunu D qrupunda baş tutub. Son dünya çempionu Fransa Tunislə qarşılaşıb. 
1/8 finala vəsiqəni təmin edən Didye Deşamın yetirmələri bu qarşılaşmada da favorit idi. Qrupdan çıxmaq üçün yalnız nəzəri şanslara malik afrikalılar isə arzularını reallaşdıra bilməyiblər. Tunis yığması 1:0 hesablı qələbəyə baxmayaraq, qrupda qalıb.
Fransa buna qədər 15 dəfə dünya çempionatlarında iştirak edib. 2018-ci il Rusiya mundialının da qalibi olan fransızlar 1998-ci ildə də dünya çempionu adını qazanıb.
Ümumilikdə Fransa tarixinin 3 qızıl dövrü olub. 1980-1990, 2000-2010 və 2010-2020-ci illər. "Xoruz"lar 1930-cu ildə keçirilən ilk dünya çempionatında iştirak etmiş dörd Avropa komandasından da biridir. Milli ilk böyük uğuruna 1958-ci ildə imza atıb. Raymond Kopa və Cast Fontenin rəhbərlik etdiyi yığma dünya çempionatında üçüncü yeri tutub.
İkinci qızıl dövr - 1990-2000-ci illər aralığında Zinəddin Zidan və Didye Deşamın ulduzlaşdığı vaxtlarda "Les Blues" 1998-ci ildə dünya çempionatını, 2000-ci ildə isə Avropa çempionatının qalibi olub. 2006-cı ildə milli mundialın finalında İtaliyaya penaltilərdə uduzub.
"Xoruz"ların heyətinin dəyəri 886 milyon avrodur. Komandaya Didye Deşam rəhbərlik edir. 2012-ci ildən "mavilər"i çalışdıran mütəxəssisin sözləşməsi dünya çempionatının sonuna qədərdir.
Millinin ən dəyərli futbolçusu Kilian Mbappedir. 23 yaşlı hücumçunun qiyməti 150 milyon avrodur. Bundan başqa, yığmada "Barselona"dan Osman Dembele, "Atletiko"dan Antuan Qrizmann, "Milan"dan Olivye Jiru kimi ulduz futbolçular çıxış edir. Komandanın ən yaşlısı "Renn"dən Stiv Mandanda (37), ən gənci isə "Real"dan Eduardo Kamavinqadır (19).
Tunis millisinin heyətinin dəyəri 65,95 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Ellyes Şkiridir. "Köln"də çıxış edən yarımmüdafiəçinin dəyəri 13 milyon avrodur. Millini Cəlal Kadri çalışdırır. 
Qrupun digər oyununda isə Avstraliya millisi Danimarkanı məğlub edib - 1:0. "Yaşıl qitə" təmsilçisi Fransanın ardından qrup ikincisi 1/8 finala yüksəlib.
Xatırladaq ki, danimarkalılar 1986-cı ilə qədər dünya çempionatlarına vəsiqə qazana bilməyiblər. "Qırmızı-ağlar" həmin il iştirak etdiyi mundialı 9-cu sırada tamamlayıb. Günümüzə qədər isə 5 mundiala vəsiqə qazanan Danimarkanın ən böyük uğuru 8-lik olub. Yığma 1998-ci ildə bu nailiyyətə imza atıb. "Danimarkalı dinamitlər" adlandırılan milli komandanın beynəlxalq arenadakı ən böyük uğuru 1992-ci ilə təsadüf edir. Danimarka həmin ildə Avropa çempionatının qalibi olub. "Qırmızı-ağlar" həlledici görüşdə Almaniyanı 2:0 hesabı ilə məğlub edərək çempion adını qazanıb.
Danimarkanın hazırkı heyətinin dəyəri 339,30 milyon avrodur. Ən bahalı oyunçu Pyer-Emil Höyberqdir. "Tottenhem"də (İngiltərə) çıxış edən yarımmüdafiəçinin qiyməti 42 milyon avrodur. Komandanın ən yaşlısı qapıçı Kasper Şmeyxeldir (35). Ən gənc oyunçu isə 19 yaşlı forvard Rasmus Höylünddür (19). Millidə "Barselona"dan Andreas Kristensen, "Milan"dan Simon Kyaer, "Mançester Yunayted"dən Kristian Eriksen, "Sevilya"dan Kasper Dolberq kimi tanınmış futbolçular yer alır.
Qeyd edək ki, Avstraliya milli idman tarixində 6 dəfə dünya çempionatlarında iştirak edib. Yığmanın mundiallardakı ən böyük uğuru 2006-cı ildə qrup mərhələsindən çıxmaq olub. Komanda bundan başqa iştirak etdiyi bütün dünya çempionatlarında qrupdan çıxa bilməyib.
Avstraliya yığması 1 dəfə Asiya Kubokunun, 4 dəfə isə Okeaniya Konfederasiyası Kubokunun qalibi olub. "Futbolçular"ın ən böyükhesablı qələbəsi 2001-ci ildə qeydə alınıb. Yığma Samoa millisini 31:0 hesabıyla məğlub edib. Ən böyükhesablı məğlubiyyət isə 1955-ci ildə Cənubi Afrika ilə oyunda qeydə alınıb - 0:8. 
Avstraliya millisinin heyətinin dəyəri 40,33 milyon avrodur. Ən bahalı futbolçu yarımmüdafiəçi Aaron Moy ("Seltik") və qapıçı Matyu Rayandır ("Kopenhagen"). Hər iki futbolçunun qiyməti 5 milyon avrodur. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video