İlk addımı kim atacaq?
Rusiya-NATO Şurasının iclası yenə də nəticə vermədi
2019-cu ildən bəri ilk dəfə Brüsseldə keçirilmiş NATO Şurası ilə Rusiya arasında ilk iclas ciddi nəticə vermədi. Mümkün irəliləyiş yalnız gələcək danışıqlar məsələsində qeydə alındı.
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqin mətbuat konfransında verdiyi məlumata görə, NATO Moskvaya Avropada raket silahları ilə bağlı qarşılıqlı və yoxlanıla bilən məhdudiyyətlər də daxil olmaqla bir sıra məsələlər üzrə görüşlər keçirməyə hazır olduğunu bildirib.
“NATO iclasda aydın şəkildə bildirib ki, biz müxtəlif mövzuların geniş dairəsinə, o cümlədən raket silahlarına və Avropada onlarla bağlı həyata keçirilən qarşılıqlı məhdudiyyətlərə həsr olunmuş bir sıra görüşlər planlaşdırmağa hazırıq”, - deyə Stoltenberq vurğulayıb.
Baş katibin dediyinə görə, Rusiya tərəfi, öz növbəsində, bildirib ki, hələlik bu cür müzakirələrin tarixini müəyyənləşdirməyə “hazır deyillər”. NATO rəhbəri əlavə edib ki, Moskva bu məsələyə qayıtmaq və gələcək görüşlərin mümkün qrafikini səsləndirmək üçün vaxt istəyib.
Alyans Rusiya ilə silahlara nəzarətin bütün növlərini müzakirə etməyə razıdır, lakin təhlükəsizliyin baza prinsipləri ilə bağlı kompromislərə getməyəcək.
Ciddi fikir ayrılıqları var
Alyansın mənzil-qərargahında danışıqlar təxminən dörd saat davam edib. İştirakçıların sözlərinə görə, müzakirə asan olmayıb. Stoltenberq təsdiqləyib ki, əsas mövzular Rusiya qoşunlarının Ukrayna sərhədlərinə gətirilməsi və Avropada təhlükəsizlik arxitekturasına dair Moskvanın mövqeyi ilə bağlı olub.
“NATO üzrə müttəfiqlərlə Rusiya arasında bu məsələlərlə bağlı ciddi fikir ayrılıqları mövcuddur və bu fikir ayrılıqlarının aradan qaldırılması asan olmayacaq”, - deyə Yens Stoltenberq qeyd edib. “Lakin NATO üzrə bütün müttəfiqlərin Rusiya ilə bir masa arxasına əyləşmələri müsbət siqnaldır”.
Ukrayna ətrafında vəziyyətə ayrıca toxunan Stoltenberq vurğulayıb ki, əgər Rusiya Ukrayna tərəfinə qarşı təcavüzü davam etdirərsə, NATO özünün Şərqdəki müttəfiqlərinə əlavə qoşunlarını göndərə bilər.
Bununla yanaşı, o, “Avropada yeni silahlı münaqişənin real riski” haqda xəbərdarlıq edib. Lakin NATO belə bir ssenarinin qarşısını almaqdan ötrü mümkün hər şey edəcək”.
Stoltenberq RF XİN başçısının müavini Aleksandr Qruşko və RF Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə təmaslarını “çox ciddi və birbaşa fikir mübadiləsi” kimi xarakterizə edib.
Şimali Atlantika Alyansının rəhbəri təsdiq edib ki, Ukrayna öz gələcək planları barədə müstəqil qərar qəbul etmək hüququna malikdir və NATO öz qapılarını yeni üzvlər üçün açıq saxlayır.
Brüsseldə keçirilmiş danışıqların yekunlarını Rusiya nümayəndə heyətinin üzvləri də şərh ediblər. Xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Şimali Atlantika Alyansının genişləndirilməsi prosesi Moskva üçün “qəbuledilməz risklər” yaradır və bu risklərin “qarşısı alınacaq”. Qruşkonun dediyinə görə, danışıqlar zamanı Rusiya tərəfi aydın, birbaşa şəkildə bildirib ki, gələcəkdə eskalasiyaya yuvarlanma Avropanın təhlükəsizliyi üçün ən gözlənilməz və ağır nəticələrə gətirib çıxara bilər. Rusiya xarici siyasət idarəsinin nümayəndəsi həmçinin NATO-nun bir sıra təlimlərinə nüvə komponentinin daxil edilməsi ilə bağlı Moskvanın narahatlığını qeyd edib.
Ukraynadakı vəziyyətdən danışan rusiyalı diplomat əmin olduğunu bildirib ki, alyans bu ölkəyə istənilən hərbi yardımı dayandırmalıdır. Rusiya XİN başçısının müavini hesab edir ki, “Kiyevdəki hakimiyyəti Minsk razılaşmasına əməl etməyə məcbur etməklə” vəziyyətin normallaşdırılması mümkündür. Bununla yanaşı, Moskva NATO yanında diplomatik missiyasının bərpasını istisna etməyib, əgər alyans kollektiv təhlükəsizliyin təmininə “yanaşmaları dəyişərsə”.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin isə öz növbəsində bildirib ki, Rusiya ilə NATO arasında münasibətlər “kritik aşağı səviyyədədir”. Fomin vurğulayıb ki, alyans Avropada “qabaqcıl bazalaşma kontingentlərinin” genişləndirilməsini istisna etməlidir. Bundan başqa, NATO Avropa ərazisində orta və kiçikmənzilli yeni Amerika raketlərinin yerləşdirilməsindən imtina etməlidir.
2019-cu ildən bəri ilk iclas
Yanvarın 12-də Brüsseldə keçirilmiş NATO Şurası ilə Rusiya arasında 2019-cu ildən sonra ilk danışıqlarda Şimali Atlantika Alyansının 30 ölkəsinin nümayəndələri və təşkilatın baş katibi Yens Stoltenberq iştirak ediblər. Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəhbərlik edib, heyətin tərkibində müdafiə nazirinin müavini Aleksandr Fomin də olub. ABŞ-ı dövlət katibinin müavini Vendi Şerman təmsil edib.
NATO Şurası-Rusiya iclası bu həftə Moskva ilə münaqişənin həllinə dair “diplomatik marafon”un mərhələlərindən biridir. Belə ki, yanvarın 10-da Vendi Şerman Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla Cenevrədə danışıqlar aparıb. Vyanada keçiriləcək növbəti görüşdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurası çərçivəsində məsləhətləşmələr nəzərdə tutulub.
Rizvan HİLALOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!