19 Sentyabr 2024 08:55
472
İQTİSADİYYAT
A- A+
İlin üçdəikisi arxada qalıb

İlin üçdəikisi arxada qalıb


Makroiqtisadi nəticələr proqnozları üstələyir


Dövlət Statistika Komitəsi (DSK) cari ilin 8 ayının makroiqtisadi göstəricilərini açıqlayıb. Bildirilir ki, bu müddətdə ölkə üzrə 81 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri neft-qaz sektorunda 7, neft-qaz sektorunda 0,2 faiz artmışdır. 

DSK-nın hesabatına görə, ilin 8 ayında ÜDM-in 37,9 faizi sənaye, 9,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 18,9 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 7941,3 manat əlavə dəyər düşmüşdür.    

Yanvar-avqust aylarında ölkə üzrə 42,4 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövr məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 7,8 faiz artmış, neft-qaz sektorunda eyni səviyyədə qalmışdır. Sənaye məhsullarının 64,4 faizi mədənçıxarma, 29,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 4,4 faiz azalmış, əmtəəlik qaz hasilatı 4,1 faiz artmışdır. 

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 72,2, əczaçılıq məhsullarının istehsalı 69,4, elektrik avadanlıqlarının istehsalı 39,9, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7, mebel istehsalı 31,9, metallurgiya sənayesi məhsullarının istehsalı 27,7, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8, hazır metal məmulatlarının istehsalı 23,3, tikinti materiallarının istehsalı 23, içkilərin istehsalı 16,5, tütün məmulatlarının istehsalı 11,2, kimya sənayesi məhsullarının istehsalı  8,7, kağız və karton istehsalı 7,2, qida məhsullarının istehsalı 7,1, neft məhsullarının 3,1, ağacın emalı və ağacdan məmulatların istehsalı 1 faiz artmışdır.

Artım həmçinin qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (0,1 faiz),  eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı (8,8 faiz) sektorlarında qeydə alınmışdır. 

DSK-nin açıqlamasına görə, cari ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 216,9 milyon manat vəsait yönəldilmişdir. Bu, 2023-cü ilin eyni dövründəkindən 1,7 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 49,8 faizi məhsul istehsalı və 38,2 faizi xidmət obyektlərinin, 12 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 83,1 faizi daxili sərmayələr olan vəsaitin 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyalar 2,4 faiz azalmış, qeyri-neft-qaz sektoruna sərf edilən vəsait isə 3,9 faiz artmışdır.   

Sosial sahəyə, daha dəqiq desək, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, DSK-nin məlumatına görə, ölkə üzrə yanvar-iyul aylarında bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə yanvar-avqust aylarında 6,1 faiz artaraq 53,9 milyard manat olmuşdur. 

DSK-nin hesabatında həmçinin bildirilir ki, ilin 8 ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 37,2 milyard manatlığa yaxın məhsul satılmış, 7,9 milyard manatlıqdan çox ödənişli xidmətlər göstərilmişdir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,5, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 8 faiz artmışdır. 

Yanvar-avqust aylarının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 2,2 milyard manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 74,3 faizindən əhali istifadə etmişdir. 8 ay ərzində bu xidmətlərin həcmi 12,9 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 84,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 

Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən 8 ayda ölkə üzrə 153,7 milyon ton yük, 1,3 milyard nəfərə yaxın sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövrünə nisbətən yük daşınması üzrə 3,7, sərnişin daşınması üzrə 8,8 faiz çoxdur.   

Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 101,3, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 100,1, qeyri-qida malları üzrə 101,3, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103 faiz olmuşdur. 

  

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məşhur atlet intihar edib

16:17
14 Oktyabr

Premyer Liqa klubu sükanı kimə tapşıracağını bəlli etdi - SON DƏQİQƏ

16:16
14 Oktyabr

Emin Mahmudov niyə bu statusdan MƏHRUM EDİLDİ?

16:15
14 Oktyabr

Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışdı

16:13
14 Oktyabr

İqtisadiyyat sahəsində Nobel mükafatının laureatlarının adları açıqlanıb

16:12
14 Oktyabr

Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib

16:10
14 Oktyabr

Növbəti 50 ildə gözlənilən 7 əsas astronomik hadisə açıqlanıb

16:09
14 Oktyabr

Əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub

16:08
14 Oktyabr

Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda bir neçə modulu özündə birləşdirən layihə təqdim edib  

16:02
14 Oktyabr

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

15:47
14 Oktyabr

Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib

15:37
14 Oktyabr

ANAMA: Ötən həftə 625 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:23
14 Oktyabr

Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!

15:22
14 Oktyabr

AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb

15:16
14 Oktyabr

Multikultural dəyərlərin qorunması və təbliği ilə bağlı treninq təşkil olunub

15:06
14 Oktyabr

"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir

14:49
14 Oktyabr

Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

14:42
14 Oktyabr

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib 

14:37
14 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:27
14 Oktyabr

Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb  

14:06
14 Oktyabr

Ukraynanı çətin qış gözləyir

13:52
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!