11 Yanvar 2022 00:52
1336
Mədəniyyət
A- A+

“İlhamın Zəfər Yolu”

 

Xalq şairi Nəriman Həsənzadənin  “Azərbaycan” qəzetində çap edilən poeması Türkiyə mətbuatında dərc olunub

 

İkinci Vətən müharibəsində yenilməz Azərbaycan xalqının 44 günlük Zəfər ruhu Xalq şairi Nəriman Həsənzadənin şeirlərində də öz əksini tapıb. Xalq şairinin son dövrlərdə “Azərbaycan” qəzetində çap edilən “Qarabağnaməm İlhamdır” və digər şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı şairin “Azərbaycan” qəzetində çap olunan “İlhamın Zəfər Yolu” adlı poeması isə bu günlərdə Türkiyənin aparıcı mətbuat orqanlarında dərc edilib.

Türkiyə KİV-də qeyd olunur ki, Azərbaycanın Xalq şairi Qarabağ Zəfərini şeirlə ifadə edib. Şeirin misralarında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərin azad etdikləri Qarabağın baş tacı olan Şuşa şəhərinə aparan yollar, dağlara qalxan dolaylar, küçələr, evlər, bağlar da sanki uzun illər onun həsrəti ilə yaşayan doğma adamların gəlişindən sevincək olduğu təsvir olunur. Qəddar və amansız düşmənin dağıdıb viran qoyduğu, xarabaya çevirdiyi şəhərin yenidən dirçəlib canlanması, ev-ev, küçə-küçə, addım-addım tikilib-qurulması, daha gözəl və daha füsunkar görkəm alması qəlbləri iftixar hissi ilə doldurur. Şəhərdə gedən tikinti və quruculuq işləri onun daha abad və gözəl gələcəyindən soraq verir.

N.Həsənzadə vurğulayır ki, üzərinə tarixi missiyalar düşən, öz dəst-xəti, həyat yolu, bacarıqları ilə seçilən şəxsiyyətlər böyük zaman kəsiyində yaranır və mənsub olduğu xalqlar üçün Uca Tanrının töhfəsi kimi qəbul olunur. Layiqli davamçılar bu şəxsiyyətlərin yolunun işıqlı gələcəyinin təminatçısıdırlar. Biz bu tarixi gerçəkliyin möhtərəm Prezident İlham Əliyevin şəxsində şahidiyik.

Qeyd edək ki, Nəriman Həsənzadə tez-tez Qarabağda keçirdiyi gözəl günləri, unudulmaz xatirələri, maraqlı ədəbi görüşləri xatırlayar, bəzən də duyğularını, içindəki kədəri, xalqın illərlə çəkdiyi iztirabları, ağrı-acıları, faciəli yaşantıları qələmə alırdı. Hər yeni şeir, poema yazdıqca isə özünə yalnız bir arzuyla təskinlik verirdi - ağrıları unudacağımız gün gec-tez gələcək və o, qələbə nəfəsi duyulan əsərlər yazacaq... Nəhayət, illərlə həsrətində olduğu, ümidlə gözlədiyi o işıqlı sabah 2020-ci il sentyabrın 27-də açıldı. Və arzusunda olduğu zəfər ətirli şeirlərini yazmağa başladı.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video