Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
32 ildən sonra yurdlarına qayıdan sakinlər Xilaskar Komandanlarına alqış edirlər
Böyük qayıdışın yeni ünvanı Xocalıdayıq...
32 il öncə yandırılıb məhv edilən, tarixin ən ağır faciəsini yaşayıb, bəşəriyyətin ən qanlı terroruna məruz qalan, minlərlə günahsız sakini qətlə yetirilən Xocalı...
Xatirələrimizdə keçmişin dəhşətli terrorunu yaşayan şəhər... Qarşımızda isə yeni, müasir Xocalı var...
Yamyaşıl örpəyə bürünən şəhər bizləri tam başqa simada qarşılayır. Bir vaxtlar dörd tərəfindən Xocalıya tuşlanan silahların yerində indi üçrəngli bayrağımız qürurla dalğalanır. İllər sonra yurdlarına qayıdan xocalılılar üçün artıq heç bir təhlükə yoxdur. 32 il əvvəl Xocalını ayaqyalın tərk edib yalnız canlarını salamat qurtaranlar bu gün taleyin xoş günlərini yaşayırlar və bu əvəzedilməz sevinci onlara yaşadan Böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 8 ay ərzində bərpa edilmiş müasir Xocalıda yeni həyat qaynayır. Keçmişdə yaşadıqları faciənin ağrı-acısını unutmasalar da, yurda qayıdışın sevinci simalarındakı xoşbəxtlik cizgilərindən hiss olunur. Buna mayın 28-də, Müstəqillik Günündə İlham Əliyevin yeni mənzillərinin açarlarını təqdim etdiyi xocalılılarla keçirdiyimiz görüşlərdə bir daha şahidlik etdik.
"Xocalını cənnətə çevirib bizə qaytaran İlham Əliyevə minnətdaram"
Bu gün Xocalı işğaldan azad olunmuş digər ərazilərimiz kimi əzəmətli tikinti meydançasını xatırladır. Bir vaxt bu torpaqlarda böyük soyqırımı acısını yaşamış Xocalı indi yeni siması ilə "tökülən qanımızın qisası alındı" deyir...
Bir zamanlar məhv olan arzular indi çiçək açıb, ümidlər doğmağa başlayıb. Bu şəhərin əzəli sakinləri yenidən evlərinin işıqlarını yandırırlar.
Xocalıya ilk köçən sakinlərdən biri Ceyran Əzizovadır. Bizi görən kimi qonaqpərvərliklə qarşılayır və əllərini Tanrıya açıb: "Allaha min şükür olsun, ölmədik bu günü də gördük.Yatsam yuxuma girməzdi ki, başımıza gələn bu qədər müsibətdən, zülmdən, zillətdən sonra Xocalıda öz evimizdə qonaq qarşılayacağam. Həm də belə gözəl bir evdə..." - deyir
Çay süfrəsi arxasında söhbətə başlayan Ceyran Əzizova danışdıqca göz yaşına hakim ola bilmir: "Sevincimdən ağlayıram. Gördüyünüz bu ev, bu həyət xoşbəxt günlərimizin yadigarıdır. 1989-cu ildə həyat yoldaşım Vasiflə ailə qurub bu evə gəlin gəlmişəm. İki oğlumuz, gözəl arzularımız var idi. Sakit həyat yaşayırdıq. 1991-ci ildə yoldaşım Milli Orduya yazılan ilk döyüşçülərdən idi. Xocalı faciəsi baş verənə kimi ermənilər ətraf kəndlərdə yaşayan xeyli azərbaycanlını amansızcasına öldürmüş, qaçıb canını qurtara bilənlər isə öz yurdlarını məcburi şəkildə tərk etmişdilər. Əsgəran istiqamətində də giriş-çıxışı bağlayıb zirehli texnika ilə yolu nəzarətə götürmüşdülər. Şəhərə yalnız hava yolu ilə, vertolyotla girib-çıxmaq mümkün idi. Vertolyot da hər vaxtı olmurdu. Ərzaq, çörək çatışmazlığı var idi. Fevralın 13-də erməni silahlıları Xocalıya basqın etdilər. Dörd tərəfdən şəhəri aramsız atəşə tutmuşdular. Güllə dolu kimi yağırdı. Evlərin damı, pəncərələrin şüşələri qırılıb tökülmüşdü. Əli silah tutan xocalılılar postlarda dayanıb düşmənin şəhərə girməsinin qarşısını ala bilmişdilər. Sabah açılanda Vasif evə gəldi, dedi ki, "Sizdən nigaran oluram. Əlim-qolum bağlanır, döyüşə bilmirəm. Əgər vertolyot gələrsə, imkan düşən kimi sizi göndərəcəm". Elə də oldu. Səhər çox böyük hərbi yük daşıyan vertolyot gəldi. Biz ora çatanda artıq vertolyot qocalarla, uşaqlı qadınlarla dolmuşdu. Çətinliklə də olsa icra başçımız Elman Məmmədov bizi pilotun kabinetinə yerləşdirdi...
Fevralın 26-da Ağdamda ermənilərin Xocalıda soyqırımı törətdikləri xəbərini eşitdik. Dərddən havalanmışdıq. Xocalıdan sağ çıxan insanların başına gətirilən müsübətlərə dözmək olmurdu. Morqlarda, xəstəxanalarda yaxınlarımızı axtarırdıq. Ölənlərin arasından yaxınlarının meyitini, yaralısını tapanlar şükür edirdilər ki, heç olmasa ölüsü də olsa gəlib çıxdı. Yoldaşımın, qaynım Rasifin nə ölüsü gəldi, nə qaldısından xəbərimiz oldu... Nəslimizdən, qohum-əqrəbadan Xocalı soyqırımında 60 nəfəri şəhid oldu...
Ömrümüzün 32 ilini qaçqınlıq həyatı ilə keçirdik. Xoşbəxtliyimiz, sevincimiz, gülüşümüz əlimizdən alındı. Sabirabadda, sonra Bakıda məskunlaşdıq. Tam səmimi danışacağam. Xocalıya qayıdacağımızı ağlımızdan belə keçirmirdik. Xocalı Qarabağın açarıdır. Xocalı aeroportu vasitəsilə Ermənistan gecə-gündüz bura silah, əsgər daşıyırdı..."
Ceyran Əzizova deyir ki, indi də düşünəndə bütün bunların həqiqət olduğuna inana bilmir. Xocalıya qayıdış sanki yuxu kimi gəlir onlara: "Bir baxın, bütün küçələrdə Azərbaycan bayrağı dalğalanır. Xocalı cənnətə bənzəyir. Səhər evdən çıxanda elə bilirəm ki, Xocalıda yox, cənnətdəyəm. Geniş, yaraşıqlı yollar, gözəl binalar, hər tərəf gül-çiçək. Küçələrdə oynayan, velosiped sürən şən, qayğısız uşaqları görəndə sevincimdən göz yaşımı saxlaya bilmirəm, cəmi buradan 6-7 kilometr məsafədə Xankəndi yerləşir. Düşünəndə ki, orada da Azərbaycan bayrağı dalğalanır, separatizmin kökü kəsilib, ordunla, əsgərinlə, dövlətinlə, bu dövləti bu gücə, qüdrətə sahib edən Müzəffər Ali Baş Komandanla qürur duyursan... Bu qüdrətin qüruru yaramıza məlhəm olub, bizə dərdimizi unutdurur".
Ceyran Əzizovanın sözlərinə görə, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev 20 xocalılı ailəni qəbul edib. Onların sırasında o da olub. Həmin tarixdən 28 il sonra, 2024-cü il mayın 28-də Xocalıya gələn Prezident İlham Əliyev 20 ailəyə yeni mənzillərinin açarını təqdim edib. 20 ailədən biri də Əzizovlar ailəsi olub. Solmaz Əzizova bunları həyatının ən dəyərli anları adlandırır: "Mən bu qaçqınlıq həyatında hər zaman yanımızda olan, bizə maddi və mənəvi dəstək verən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Qarabağın xilaskarı və dağılmış, viran edilmiş bu torpaqları cənnətə çevirib bizə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Bu torpaqların hər qarışında Azərbaycan bayrağı ucaltdığına görə bir ömür Prezidentimizə borcluyuq".
"Xocalıda atamı da, anamı da itirmişdim, indi geriyə nəvələrimlə qayıtmışam"
Ceyran Əzizovanın xatirələrini, ürək sözlərini dinlədikdən sonra Xocalının güllü-çiçəkli küçələri ilə hərəkət edirik. Hər tərəfdə tikinti-quruculuq işləri davam edir, yeni mənzillərinə köçən sankinlərin isə başı qarışıqdır. Bəzi evlərdə ustalar çalışır, bəzi evlərdə isə əşyaların yerləşdirilməsi prosesi gedir.
Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu bilən Xocalı sakini Şahin Əzimov bizi evinə dəvət edir. Şahini Azərbaycanda yəqin ki, çox adam tanıyır. O, Xocalı faciəsində hər iki valideynini itirən 25 uşaqdan biri idi...
"Xocalıdan çıxanda 17 yaşım var idi. Fevralın 25-də işıqlar söndüyü üçün çörək zavodu işləmirdi. Vertolyotla şəhərə az miqdarda un tapıb gətirmişdilər. Bir neçə qadını, uşaqları təhlükəsiz bir yerə toplamışdılar. Gündüz xəmir yoğurub, kündələyib, adamların sayına görə evlərə paylayırdıq. Özüm də bu işdə çox fəal idim. Əli silah tutanlar postda durmuşdular. Mən həmin gün evlərə xəmir paylamışdım. Gecə ermənilərin hücumu başladı. Artilleriya atəşindən qorunmaq üçün qadınları, şəhərdə qalan uşaqları nisbətən təhlükəsiz zirzəmilərə yığmışdılar. Həmin an mən qadınların olduğu o yerlərə gedib, ermənilərin şəhərə hücum etdiyini xəbər verib, onların şəhərdən çıxmasına çalışırdım".
Şahin Əzimov deyir ki, bu illərdə çəkmədikləri müsibət qalmayıb. Xocalı ağrısı, qanlı terror, ata-ana yoxluğu ona çox dəhşətli günlər yaşadıb: "32 il ərzində qaçqınlığa dözmək olar, amma vətənsizliyə dözmək olmur. Şükür, indi həm doğma yurdumuzda, həm də öz evimizdəyik. Tək, başımı götürüb çıxmışdım Xocalıdan. İndi ailəmlə qayıtmışam. Nəvələrim var. Nəvələrim bu cənnətməkan şəhəri görəndə başıma gələn qorxulu nağıllara bənzər əhvalatlara inanmaq istəmirlər. Onda daha çox sevinirəm. İnanıram ki, onlar bir də müharibə görməyəcəklər. Onların başına güllə yağışı yağmayacaq. Mən çəkdiyim acıları onlar çəkməyəcəklər. Bütün bunalara görə Prezidentimizə borcluyuq. Allah Prezidentimizin canını sağ eləsin. Lazım gələrsə, yolunda canımı belə qurban verməyə hazıram. Bu evi, bu gözəlliyi bizim üçün o yaradıb. Hələ bunlar bir yana. Atamla, anamın məzarı Ağdamda idi. Qatillər hər birinə 100-dən çox güllə vurub öldürmüşdülər. İndi onların məzarını ziyarət edə bilirəm. Hər ziyarət edəndə valideynlərimə deyirəm ki, rahat yatın, sizin qoyub getdiyiniz Xocalı indi cənnətə bənzəyir. Həmin cənnətdə yaşayan ilk sakinlərdən biri də sizin övladınızdır".
Şahin Əzimovun yaşadığı dəhşətli ağrı-acını bir daha özünün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qüruru, sevincinin hədsizliyi Xocalı yaramıza su səpir sanki.
Söhbətimizi yekunlaşdırıb şəhərin asfalt yolları ilə yeni tikilən mənzillərə, obyektlərə, infrastrukturlara tamaşa edə-edə gəzib-dolaşırıq.
Yamyaşıl bağ-bağçası olan bir həyətin qarşısında dayanıb ev sahibinə səslənirik: ay ev yiyəsi...
(ardı var)
Rəşad BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
"Azərbaycan"
Bakı-Xocalı-Bakı
"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb
Ukraynanı çətin qış gözləyir
ABŞ, Britaniya və Polşa hərbçiləri təlimlərə başlayır
Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib
Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Qazax sakini minaya düşüb
Polis ahıl yaşlı qadınları aldadaraq pullarını ələ keçirən şəxsi saxlayıb
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş olub
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib
“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır
İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!