01 Sentyabr 2023 09:00
26398
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV bütün addımlarını vaxtında - tələsmədən və gecikmədən atır

 

Xalqımız çörəyi müqəddəs sayır.
Hətta o qədər müqəddəs ki, "Çörək Qurandan qabaq gəlib" - deyir.
Çörəyin "Qurani-Kərim"lə bu sayaq müqayisəsi onun mənəvi yükünü və dəyərini də artırır.
Çörəyi tapdalamazlar - deyirlər.
Biri ilə duz-çörək kəsəndə sonadək o insana xoş münasibət bəsləyirlər.
Ən ağır qarğışımız da "Görüm səni çörəyə həsrət qalasan"dır!
***
Çörək deyəndə təkcə buğdadan hazırlanan məhsul nəzərdə tutulmur.
Çörək həm də ruzi, evə aparılan halal qazancdır!

Çörək ailənin dolanışığı, rahat, ehtiyacsız yaşaması deməkdir!
Çörək anlayışında bir təmizlik, paklıq da var!
Heç zaman oğurluqla qazanılanlara çörək deyilmir!

Mərdimazarın, işverənin qazancı haram pul sayılır, halal çörək yox!
***
İnsanlar hər gün dolanışığı və yaşayışı üçün evdən çıxaraq çörək dalınca gedir.
Hərə bir sahədə bir işlə məşğul olur.
Halal çörək qazanmaq üçün ən çətin, ən ağır, ən aşağı, ən çirkli işdə çalışmaq belə ayıb sayılmır.
Oğurluq, satqınlıq, dələduzluq, haramzadalıq, xəyanətkarlıq yolu ilə qazanılan çörək ayıb və qəbuledilməz sayılır.
Bəzən insanlar qürbətdə yaşamalı, vətəndən kənarda ömür sürüb çörək qazanmalı olurlar.
Bu bir tale qismətidir...
Əgər ürəyində Vətən sevgisi varsa, əgər tutduğun əməllərlə Vətəninin adına ləkə gətirmirsənsə, harada yaşamağın nə fərqi var?
Təki Azərbaycanın adını, azərbaycanlı adını ləyaqətlə, şərəflə qoruya, doğrulda biləsən!

***
Çörəyi xəyanətdən, vətənə dönüklükdən, düşmən qüvvələri yanında yer almaqdan çıxanlar da var.
İstər adını "jurnalist", istər "bloqçu", istər "hüquq müdafiəçisi", istər "demokrat" və s. qoysun.

İstər qadın olsun, istərsə kişi.
Fərqi yoxdur.
Əməlləri eyni, adları müxtəlif olsa da, çörəklərini haramzadalıqla qazanırlar.
Bu qəbildən olanlar "5-ci kolon" üzvləri sayılırlar.
Reallıqda Azərbaycana qarşı düşmən mövqe sərgiləyirlər.
Ermənilər bizə qarşı nə edirlərsə, onlar da eyni hərəkətlər törədirlər.
İstər ölkə daxilində yaşasınlar, istərsə də xaricə getmiş olsunlar.

Fərq etməz.
Allah kəssin o cür çörək qazanmağı!
***
Bir var ermənilər.
Bir də var ermənidən betərlər.

Qarabağda yaşayanlar "öz ermənilərimiz"dir.
Ölkə daxilində və xaricdə yaşayaraq "5-ci kolon"a xidmət edənlər, çörəklərini Azərbaycana və Azərbaycan xalqına xəyanətdən çıxaranlar isə ermənidən betərlərdir!
Ermənilər otuz il ərzində bizə bacardıqları bütün pislikləri etdilər.
Yaxşı bilirlər ki, onları bağışlasaq da, bir yerdə yaşasaq da, heç zaman bizə etdikləri xəyanətləri və həddini aşmış pisliklərini yaddan çıxarmayacağıq!
* Şəhər və kəndlərimizi viran qoyduqlarını;
* Əsir və girovlarla qeyri-insani rəftar edərək olmazın işgəncələr verdiklərini;
* Məscidlərimizdə donuz saxladıqlarını;
* Mədəni və dini abidələrimizi məhv etdiklərini;
* Qəbiristanlıqlarımızı təhqir etdiklərini;
* Otuz il bizə qaçqın və köçkün həyatı yaşatdıqlarını.
İllər, əsrlər keçsə də, bütün bunları heç zaman unutmayacağıq!
Ermənidən betərlər isə "demokratiya" və "insan haqlarının qorunması", "söz azadlığının müdafiəsi" adı altında daim müstəqil Azərbaycanımıza şər-böhtan atırlar:
* Erməniəsilli milyonçuların maliyyələşdirdikləri fondlardan qrantlar alaraq tapşırıqlarını icra edirlər;
* Məqamında müxtəlif aksiyalar keçirməklə oyunbazlıqlar göstərirlər, düşmən əlinə dəstavuz verirlər;
* Azərbaycana düşmən mövqedə dayanan beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək onların işinə yarıyan "arayışlar" yazıb göndərirlər;
* Müxtəlif tele-radio kanalları yaradaraq sistemli şəkildə Azərbaycana qarşı şər, böhtan, kin və nifrət püskürürlər;
* Azərbaycan xalqını, Azərbaycanın şanlı, qeyrətli və vicdanlı insanlarını təhqir etməklə məşğul olurlar.
Ermənidən betərlərin bu sayaq əməllərini isə heç zaman bağışlamayacağıq.
Bunu özləri də yaxşı bilirlər!

Odur ki, keçmiş vətənlərinə qayıtmağa nə üzləri, nə də cürətləri çatır.
Xaricdə gəbərib, ermənisayağı torpağa gömüləcəklər.
Gəbərəndə isə nə kəfən görəcək, nə də "Yasin" səsi eşidəcəklər.

***
Azərbaycan bir uğurlu gedişi ilə erməni yalanını, "humanitar fəlakət" şousunu, erməni havadarlarının canfəşanlığını puç etdi!
Xankəndidəki erməniəsilli vətəndaşlarına Ağdam-Xankəndi yolu ilə iki maşın - 40 ton un göndərdi.
Görmək istəməyənlərin də gözlərinə soxduq ki, bu yol yaxşı vəziyyətdədir və normal işləyir, aclıq söhbətləri isə boş bəhanələrdir.
Ermənilər və Ermənistandakılar "humanitar şou" oynamaqla Laçın yolunu açdırmaq, kefləri istəyən kimi o yoldan istifadə etməkdə israrlıdırlar.
Adama deyərlər ki, əgər həqiqətən acsansa, ərzağın haradan gəlməsinin nə fərqi?
Yox, əgər ürəyindən keçəni bizə zorla etdirmək istəyirsənsə, onu heç yuxunda da görə bilməyəcəksən!
Bütün oyunlar və oyunbazlıqlar bitib!
44 günlük müharibədən sonra bütün məsələlərdə təzə səhifə açılıb!

***
Qarabağdakı ermənilər Azərbaycan ununu - çörəyini götürməyəcəklər.
Əvvəla, aclıq-filan çəkmirlər, oyun oynayırlar.
İkincisi, bizə xəyanət etdiklərindən halal çörəyimizin xain boğazlarından keçməyəcəyini anlayırlar.
Üçüncüsü, yaxşı bilirlər ki, o çörəyi alıb yesələr, zəhərə dönüb burunlarından gələcəkdir.
Çünki halal çörəyə layiq məxluq deyillər!
***
* Ermənilərlə ermənidən betərlərin oxşar və fərqli cəhətləri mövcuddur.
Onlar torpaq istəyir, bunlar çörək.
Onlar açıq düşmənçilik edir, bunlar müxtəlif "demokrat" titulları ilə pərdələnirlər.
Onlar arada güc nümayiş etdirirlər, müdafiəçiləri, arxalarında duranları var.
Bunlar isə alaq otu kimi orda-burda bitiblər, tulapayı verənlərdən, müxtəlif hədəflərə qısqıranlardan asılı vəziyyətdədirlər.
Amma hər ikisi gec-tez Azərbaycan çörəyinə möhtac qalacaqlar.
Harada, hansı şəraitdə yeyəcəklər - bunu isə tale özü göstərəcək.

Ta qədimlərdən indiyədək Azərbaycan xalqının mentalitetində "Azərbaycan kişisi" obrazı olub:
* Mərd!
* Təmiz!
* Düz!
* Sözü üzə deyən!
* Düşmənə boyun əyməyən!
* Ana-bacısının namusunu qoruyan!
* Vətən uğrunda şəhid getməyə hər zaman hazır olan!
* Bir tikə çörək üçün yağıya nökərçilik etməyən!
* Böyüyü böyük, kiçiyi kiçik bilərək mənliyini və şəxsiyyətini uca tutan!
* Heç bir zaman, heç bir halda ləyaqətini itirməyən Azərbaycan Kişisi!
Təəssüf ki, bir zamanlar onlar da "Azərbaycan kişisi" adını daşıyıblar:
Sonradan Azərbaycandan min-bir bəhanə ilə qaçıb gediblər...
Xaricdə "xoşbəxt həyat" sürmək arzusu ilə.
Vətənin dar günündə, dar ayaqda özlərinə xoş gün axtarışı hayına düşüblər, qürbətə qaçıblar.

Vətənin qeyrətli oğulları Vətən uğrunda şəhid gedəndə onlar "avro" və "dollar" uğrunda sinov gediblər!
Özlərini "kişi" hesab etsələr də ("Avropa kişisi"), daim arvad kimi dalca danışmağı, söyüş söyməyi çörək qazanmaq "peşə"si seçiblər!
Nə özününkülərin qədrini bilirlər, nə də başqalarına hörmət qoyurlar.
Zəhərə dönsün o çörək ki, sizlər qazanırsınız.
Həm də şərəfsiz və namussuz yolla qazanırsınız.

Vətəni, vətənin qeyrətli, namuslu övladlarını söyərək, şərləyərək qazanırsınız.
Zamanı çatanda burnunuzdan zədən-zədən gələcəkdir!

***
Azərbaycan Prezidenti İlham Əliyev hər bir addımını öz vədəsində atır!
Nə tələsir, nə də gecikir!

44 günlük Vətən müharibəsində, həm müharibənin başlanmasında, həm gedişində, həm də hərbi əməliyyatların dayandırılmasında bütün bunların şahidi olduq!
İndi mübarizə hüquqi, siyasi, diplomatik müstəvidə davam edir.
Burada da təşəbbüs Azərbaycandadır!

Burada da söz sahibi, şərtləri diktə edən İlham Əliyevdir!
Hər şeyin isə öz zamanı və məqamı var!
Darıxmayaq!
***
Vətən müharibəsi dövründə və sonralar neçə-neçə terrorçunu, I Qarabağ müharibəsi canilərini tutub Bakıya gətirərək cəzalandırdıq!
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması həm də əsir və girovlara vaxtilə işgəncə verənlərin, Azərbaycan qanunlarını pozanların tapılıb cəzalandırılmasına şərait yaradıb.
Əvvəlcə barəsində cinayət işi qaldırılaraq beynəlxalq axtarışa verilmiş Vaqif Xaçatryanı, bir neçə gün öncə isə Azərbaycan bayrağına hörmətsizlik etmiş Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanı yaxalayaraq etdiklərinin əvəzini almalarına şərait yaratdıq.
Gənc fudbolçular əməllərini qanmadıqlarından törətdiklərini, peşmanlıqlarını söylədiklərindən ongünlük inzibati həbslə ağıllanacaqları güman edilir.
Vaqif Xaçatryan isə yəqin ki, şərəfsiz ömrünün sonunadək həbsxanada "dincələsi" olacaq!
***
İndi Azərbaycanın göndərdiyi 40 ton unu aparan iki "fur" maşını Ağdam-Əsgəran yolundakı PSK-nin postu qarşısında gözləyir.
Bütün dünya isə bunu görür və izləyir.
Biz erməniyə qudurmaq üçün çörək vermirik!
Biz erməniyə ağıllanmaq üçün çörək təklif edirik!

Harama öyrəşənlər halalı qəbul etməsələr, inciyəsi deyilik!
Laçın yolu belələri üçün daim açıqdır!
Sürükə bilərlər!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video