15 Noyabr 2022 00:31
501
Təhsil
A- A+

İlahiyyat İnstitutu yeni layihəyə başlayır

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yeni layihəsi - "İlahiyyat TV" fəaliyyətə başlayır. Layihənin məqsədi İslam və digər elmləri özündə ehtiva edəcək proqramlarla dini maarifləndirmə istiqamətində doğru və düzgün məlumatlar vermək, eyni zamanda sosial-psixoloji və aktual problemləri müzakirə etməkdir. 
"İlahiyyat TV" "yutub" platforması üzərindən İslam elmləri, dünya dinləri, din sosiologiyası, din psixologiyası və fəlsəfəyə aid proqramlar və dərslərin yayımlanmasını nəzərdə tutur. İlkin olaraq "Müasir dünya və din" və "İslam deyir ki..." proqramlarının, eyni zamanda Təfsir, Hədis və Ərəb dili (danışıq) dərslərinin çəkilişlərinə başlanılıb. 
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tədrislə yanaşı, cəmiyyətin dini maariflənməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video