07 Avqust 2022 00:39
533
İQTİSADİYYAT
A- A+

İki yerli icra orqanı faydalı layihə reallaşdırır

 

Naftalanın müalicə və sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələri və qazilərin üzünə açıqdır

 

Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət  tərəfindən böyük diqqət və qayğıkeşlik göstərilir.

 Bu günlər Abşeron rayon və Naftalan şəhər icra hakimiyyətlərinin birgə təşəbbüsü ilə Abşeron rayonundan olan bir qrup şəhid ailəsi və qazi "Gold Naftalan" müalicə və sağlamlıq mərkəzində müalicəyə başlamışlar. Onlar müalicəyə başlamazdan əvvəl Naftalan şəhər rəhbərliyi ilə görüşmüşlər. Çay süfrəsi ətrafında keçirilən görüşdə qeyd edilmişdir ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərin ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları dövlətimizin diqqət mərkəzindədir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim onların sosial-məişət problemləri ilə maraqlanır, bu sahədə yaranan mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.

Görüş zamanı şəhid ailələri və qazilər işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən qürurla danışaraq dövlət başçısına onlara göstərdiyi diqqət və qayğıkeşliyə görə minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Abşeron rayon və Naftalan şəhər icra hakimiyyətlərinin birgə  layihəsi əsasında şəhid ailələri və qazilərin beynəlxalq turizm mərkəzi olan Naftalanda fəaliyyət göstərən müalicə və sağlamlıq ocaqlarında müalicəsi və istirahəti mütəmadi olaraq davam etdiriləcək.

 

Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video