03 Avqust 2024 23:43
405
DÜNYA
A- A+

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 358 nəfərə çatıb

 

Hindistanın cənubundakı Kerala ştatında leysan yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 358 nəfərə çatıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, axtarış-xilasetmə işləri hələ də davam edir.

İtkin düşənlər siyahısında 200-dən çox adam var.

Hindistan ordusu dağıntılar altında qalan insanların axtarışı üçün bölgəyə radarlar göndərib.

Səlahiyyətlilər daha əvvəl Keralanın indiyə qədərki ən pis təbii fəlakətlərdən biri ilə üzləşdiyini bildirmişdilər.

Hindistan ordusu avqustun 1-də ştatda 1500 hərbçinin yerləşdiyini bildirib.

Ştatda təbii fəlakətdən zərər çəkən 8300-dən çox insan düşərgələrə təxliyə edilib.

İyulun 30-da yağan güclü yağışlar nəticəsində Kerala ştatında torpaq sürüşmələri baş verib, infrastruktura və yollara ciddi ziyan dəyib. Zərər çəkmiş Çooralmala kəndində 200 ev dağılıb.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video