14 İyul 2024 08:35
496
SİYASƏT
A- A+
Heydər Əliyev siyasəti Azərbaycanı möhtəşəm zəfərlərə aparır

Heydər Əliyev siyasəti Azərbaycanı möhtəşəm zəfərlərə aparır

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 55 ili tamam olur. Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublikamızda  siyasi hakimiyyətə gəlişi Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki məhz bu tarixdən etibarən Azərbaycan tənəzzüldən milli inkişaf və intibah yoluna qədəm qoydu.
O dövrdə sosial-iqtisadi, mənəvi-psixoloji tənəzzül yaşayan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər bir sahədə dirçəldi, eləcə də mənəvi-psixoloji mühit sağlamlaşdı, milli şüurda oyanış baş verdi. Bununla da Azərbaycanın müstəqilliyinin gerçək təməlləri atıldı. 
Dahi lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, konsepsiyasını yaradıb.
Azərbaycançılıq məfkurəsinin müəllifi kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Hələ sovetlər dönəmində Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. Vətənpərvər ziyalılarımızın, yaradıcı insanların  sovet repressiyasından qorunması, milli tariximizin dərindən öyrənilməsi və bu istiqamətdə ciddi əsərlərin yaradılması, minlərlə azərbaycanlı gəncin ali təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli hərbi kadrların yetişdirilməsi, təhlükəsizlik orqanlarının milliləşdirilməsi və sair addımlar məhz buna xidmət edirdi. Nəticə etibarı ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi və 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər müstəqil dövlətimizin sarsılmaz təməllərini atdı və Azərbaycan ötən dövr ərzində bu təməllər üzərində inkişaf edərək bugünkü qüdrətli səviyyəyə yüksəldi.
Məhz Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ulu Öndər Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda uğurlu siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacardı. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplərə əsaslanırdı. O, Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı. Bu da hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etməkdən ibarət idi. 
Dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, dövlətimizin həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmək hüquqlarının var olması idi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması isə Heydər Əliyevin dövlətimiz üçün ən böyük xidmətlərindən biri oldu.
Müstəqil dövlət quruculuğu prosesində ölkənin xarici siyasət kursu da əsas amillərdən biri idi. Belə ki, Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu şəraitində müstəqil Azərbaycanın milli maraqlarımıza əsaslanan xarici siyasət kursunu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. 
Ulu Öndər bütün fəaliyyəti boyu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atdı. Beləliklə, qəbul olunan beynəlxalq sənədlərdə ölkəmizin ərazi bütövlüyü dəstəklənirdi. Ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğal etməsində həmin sənədlər hüquqi baza rolunu oynadı.  
Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində dövlətimiz parlaq qələbə qazanmaqla Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Dünya artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın yaratdığı bu reallıqları qəbul edir. Qazanılan şanlı zəfər dövlətimizin qarşısında yeni üfüqlər, perspektivlər açdı. 
Azərbaycanı qarşıda da yeni-yeni zəfərlər gözləyir. Bu nailiyyətlərin əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır.

Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib  

19:53
11 Fevral

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

19:42
11 Fevral

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub 

19:27
11 Fevral

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb  

19:11
11 Fevral

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

18:41
11 Fevral

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:31
11 Fevral

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

18:12
11 Fevral

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

17:53
11 Fevral

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

17:44
11 Fevral

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

17:09
11 Fevral

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

16:50
11 Fevral

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

16:48
11 Fevral

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN  

16:46
11 Fevral

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

16:45
11 Fevral

Baş DYP İdarəsi metohəssas sürücülərə müraciət edib

16:30
11 Fevral

Parisdə əlillər etiraz nümayişi keçiriblər

16:30
11 Fevral

Rəcəb Tayyib Ərdoğan: Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyir  

16:25
11 Fevral

Pyerluici Kollina penalti zərbəsi ilə bağlı maraqlı təklif irəli sürüb  

16:22
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!