03 Dekabr 2022 04:00
2139
CƏMİYYƏT
A- A+

"Heydər Əliyev İli"nin vəzifələri və dərsləri

 

"Heydər Əliyev İli" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd olunması və "Heydər Əliyev İli"nin tədbirlər planını təsdiq etməsi haqqındakı sərəncamları Azərbaycanın müstəqillik tarixinin qüdrətli yaradıcısı və müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq adı və xidmətləri ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə start verilməsinə meydan açan mühüm əhəmiyyətə malik dövlət sənədidir.
"Heydər Əliyev İli" - Azərbaycanda müstəqil dövlətçiliyin dərsləri və təntənəsi ilidir.
"Heydər Əliyev İli" - müstəqil Azərbaycanın dövlət ideologiyası olan azərbaycançılıq ideyasının formalaşdırılması və daha da möhkəmləndirilməsi ilidir.
"Heydər Əliyev İli" - Azərbaycan Respublikasının keşməkeşli inkişaf yolunun və nailiyyətlərinin daha dərindən öyrənilməsi, Azərbaycana və dünyaya çatdırılması ilidir.
"Heydər Əliyev İli" - Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində xüsusi  inkişaf mərhələsi olan Heydər Əliyev - İlham Əliyev epoxasının çətin və məsuliyyətli dünəninin, inkişaf etməkdə olan bu gününün və daha parlaq gələcəyinin ilidir.
"Heydər Əliyev İli" - müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin möhtəşəm hesabatı ilidir.
"Heydər Əliyev İli" - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının daha böyük sabahlara doğru inkişafının proqramı deməkdir.
"Heydər Əliyev İli" - Azərbaycan Respublikasında hər bir dövlət qurumunun, bütün vətəndaşların Ümummilli Liderin idealları qarşısında, müstəqil dövlətimiz qarşısında mənəvi-siyasi borcunu qürurla yerinə yetirməsi ilidir.
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də "Heydər Əliyev İli"ni Azərbaycan elminin və akademiyanın Ulu Öndər qarşısında hesabatı kimi qəbul edir.
"Heydər Əliyev İli"ndə Azərbaycan Milli Elmlər Akademiyası görkəmli dövlət xadimi və xalqımızın böyük xilaskarı, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin nəsillərə nümunə olan tərcümeyi-halını və tarixi xidmətlərini dərindən, hərtərəfli şəkildə tədqiq edib öyrənərək monoqrafik tədqiqatlar, sanballı elmi əsərlər meydana qoyacaqdır.
Akademiya üçün "Heydər Əliyev İli" - müstəqil dövlətçilik uğrunda keçilmiş məsuliyyətli yolların dərslərini, keşməkeşlərini və möhtəşəm uğurlarını dünyaya çatdırmaq ilidir.
2023-2024-cü illərdə hazırlanması nəzərdə tutulan "Heydər Əliyev ensiklopediyası" "Heydər Əliyev İli"nin şah əsərlərindən biri olacaqdır.
Ölkəmizdə və dünya ölkələrində keçirəcəyimiz elmi konfranslar, simpoziumlar, sessiyalar, görüşlər, müzakirələr Heydər Əliyevçiliyin - azərbaycançılıq və müstəqil dövlətçiliyin dərslərinin araşdırılması və bəyan edilməsi ili kimi iz salacaqdır.
"Heydər Əliyev İli" - müstəqil Azərbaycan dövlətində bütün istiqamətlər üzrə, o cümlədən elm sahəsində də yeni inkişaf ili kimi qeyd olunacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 6 dekabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş xüsusi iclasında akademiya üzrə həyata keçiriləcək tədbirlərin icrası ilə əlaqədar məsələlər, qarşıda duran vəzifələr müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcəkdir.
AMEA üçün "Heydər Əliyev İli" akademiyanı Ulu Öndərin adına və ideallarına layiq şəkildə yenidən qurmaq və inkişaf etdirmək ili olacaqdır.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, 
Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video