Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun qalibləri mükafatlandırılıb
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olublar.
Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafonda iştirakçılar Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı marşrutu üzrə yürüş ediblər.
Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. "Bakı Marafonu-2022"də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak ediblər. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün verilib. Üçüncü start isə ümumi iştirakçılar üçün olub.
Marafonun qalibləri iki kateqoriya üzrə seçilib. Kişilər arasında rusiyalı Rinas Axmadeyev birinci olub. Türkiyə təmsilçisi Ömər Alkan yarışı ikinci, çexiyalı Vladimir Marçik üçüncü pillədə başa vurublar.
Qadınların mübarizəsində Ukrayna atleti Valentina Veretskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dilek Öztürk və Valentina Poltavskaya (Ukrayna) ilk üçlükdə yer alıblar.
Marafonun qalibinə 3000, ikinci yeri tutan iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat məbləğində pul mükafatlar verilib. Mükafatçılar, həmçinin medal və sertifikatlarla təltif ediliblər. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2022”nin xüsusi medalları ilə təltif olunub. “Bakı Marafonu-2022”də yeni nominasiyalar - qadın və kişilər arasında 5 yaş kateqoriyası (18-29, 30-39, 40-49, 50-59, 60+) üzrə qaliblər seçilib.
Bundan əlavə, qadın və kişi kateqoriyaları üzrə tələbələr arasında finiş xəttini ilk keçən “Gənc ol” (Azercell), eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da mükafatlar təqdim olunub. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar veriləcək.
“Bakı Marafonu-2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə “Baltika 0” şirkətidir.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilir.
Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
25 Aprel
Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib
25 Aprel
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!