10 Yanvar 2025 08:25
320
İQTİSADİYYAT
A- A+
Güclü iqtisadiyyat, qalib ölkə

Güclü iqtisadiyyat, qalib ölkə


Bu reallıq Azərbaycanın timsalında daha aydın görünür


Prezident İlham Əliyev yanvarın 7-də  yerli televiziya kanallarına verdiyi geniş müsahibədə ölkəmiz üçün əhəmiyyətli olan bir çox məsələyə münasibət bildirib, aydınlıq gətirib. Amma həmin müsahibədə diqqət mərkəzindəki önəmli məsələlərdən biri də təbii ki, ölkənin sosial-iqtisadi sahədə qazandığı uğurlar olub.

Bu gün Azərbaycan dövlətinin müstəqil siyasət aparması, beynəlxalq məsələlərdə heç kəsdən asılı olmayan mövqe tutması iqtisadi imkanlarımızla sıx bağlıdır. Elə 44 günlük tarixi Zəfərin qazanılmasında da ölkəmizin iqtisadi potensialının güclü olması əsas rol oynamışdır. Biz məhz bu iqtisadi imkanlarımız hesabına dünyanın güclü ordularından birini yarada bilmişdik.

Çox qürurlu haldır ki, ölkəmizin iqtisadi gücü artmaqda davam edir. Prezident İlham Əliyev müsahibəsində ötən il ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirərək demişdir: "Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir  göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda ilk növbədə qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır". 

Dövlət başçısı əldə olunan nailiyyətləri aparılan düzgün iqtisadi islahatlarla əlaqələndirib. Vurğulayıb ki, bu islahatlarla ölkədə şəffaflıq təmin olunmuş, inhisarçılıqla mübarizə güclənmiş, münbit investisiya mühiti yaradılmışdır. Prezident bildirib ki, ölkəmizin iqtisadi sahədəki uğurları elə yüksəkdir ki, o, beynəlxalq qurumlar tərəfindən də etiraf edilir. Bu da onu göstərir ki, ölkəmiz iqtisadi sahədə dayanıqlı inkişafa nail olub.

İqtisadi inkişafımız ölkənin maliyyə imkanlarını genişləndirən başlıca amildir. Maliyyə imkanları yüksək olan ölkələr isə müstəqil siyasət apara bilirlər. Beynəlxalq təcrübədən məlumdur ki, maliyyə cəhətdən asılı ölkələr borc və ya kredit verən dövlətlərin, həmçinin maliyyə qurumlarının bir çox arzuolunmaz şərtinə boyun əyməli olurlar. Biz müstəqilliyimizin ilk illərində belə hallara çox şahidlik etmişik. Bu gün Azərbaycana kredit ayıran heç bir maliyyə qurumu ölkəmizin milli mənafeyinə zidd tələb irəli sürə bilmir. Çünki belə halda biz əməkdaşlıqdan rahatlıqla imtina edirik. Bu qətiyyəti ölkəmizə iqtisadi qüdrəti və maliyyə imkanları  verib. Rəqəmlərə müraciət edək: keçən il valyuta ehtiyatımızı 72 milyard dollara çatdıra bilmişik. Nəzərə alsaq ki, ölkə əhalisi 10 milyondur, bu, böyük göstəricidir. Belə ki, dünyada valyuta ehtiyatlarının yüksək olmasının göstəricisi adambaşına düşən ehtiyatlarla ölçülür. Həmin göstəriciyə görə, ölkəmiz dünyada aparıcı ölkələr sırasında ön yerdə qərarlaşıb.

Ölkəmiz dünyada bir göstəriciyə görə də yüksək reytinqə malikdir - Azərbaycan dünyada ümumi daxili məhsulun xarici borca olan nisbətində ən əlverişli durumdadır. Məlumdur ki, dünyanın inkişaf etmiş bir çox ölkəsində bu rəqəm o qədər yüksəkdir ki, onun altından necə çıxmaq barədə baş sındırırlar. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7,2 faizini təşkil edir. Qarşıdakı illərdə isə bu rəqəm daha aşağı olacaq.

Məlumdur ki, dövlət maliyyə imkanları geniş olmasa, əhalinin sosial rifahını yaxşılaşdıra bilməz. İqtisadi göstəricilərimizin yüksək olması,  gəlirlərimizin artması dövlətə sosial sahəyə daha çox vəsait ayırmağa imkan verir. Prezident İlham Əliyev dövlətin sosial sahəyə daha çox diqqət ayırdığını və bu istiqamətdə görülən işlərin mütəmadi və ardıcıl olduğunu vurğulayaraq demişdir: "Bildiyiniz kimi, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca biz ilk növbədə bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

May ayında “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

20:01
18 Fevral

Azərbaycanda iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək məsələləri müzakirə olunub  

19:52
18 Fevral

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub  

19:29
18 Fevral

Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb  

19:27
18 Fevral

Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB

19:26
18 Fevral

ABŞ Dövlət Departamenti Rusiya ilə görüşün nəticələri barədə açıqlama yayıb

19:25
18 Fevral

Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişin daşınmasını müzakirə edib

19:23
18 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

19:20
18 Fevral

Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

19:17
18 Fevral

AMB və Səudiyyə Mərkəzi Bankı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib  

19:16
18 Fevral

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib  

19:12
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

18:50
18 Fevral

Volodimir Zelenski: Ukrayna ərazi bütövlüyü ilə bağlı güzəştə getməyəcək

18:49
18 Fevral

Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır  

18:48
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

18:47
18 Fevral

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB

18:45
18 Fevral

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB 2

18:44
18 Fevral

Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib  

18:43
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!