Görkəmli alim, fəxri neftçi
Həmkarı onun həyat yoluna özünün yeni kitabı ilə işıq salıb
XX əsrin ortalarından başlayaraq Azərbaycan bilavasitə dənizdən neft çıxarır. Həmin vaxtdan bəri Xəzərin qoynunda kəşf olunan yataqların sayı getdikcə çoxalıb və indi hasil edilən karbohidrogenlərin əksər hissəsi dənizin payına düşür.
Məlumdur ki, dənizdən neft və qazçıxarmanı həyata keçirmək üçün estakada və meydançalar, bünövrə və dayaqlar, digər qurğular polad konstruksiyalardan hazırlanır. Bunlar isə zaman-zaman korroziyaya uğrayır. Odur ki, dəmir qurğuların korroziya ilə mübarizəsinə xidmət edən elmi əsərlər böyük əhəmiyyət daşıyır.
Azərbaycanın görkəmli kimyaçı alimi, texnika elmləri doktoru, professor Anaxanım Xanlarova (1915-2007) özünün 60 ildən çox davam edən dərin elmi axtarışlarını, əsasən, bu sahəyə həsr etmişdir. Təsadüfi deyil ki, o, fəxri neftçi idi, keçmiş SSRİ qaz sənayesinin fəxri işçisi adına layiq görülmüşdü.
Anaxanım Xanlarova elmin zirvəsinə çatan yolu zəhmətlə keçmişdi. O, yorulmaz elmi fəaliyyəti nəticəsində çoxsaylı ixtiralara, texniki yeniliklərə, səmərələşdirici təkliflərə imza atmışdır.
Bakı şəhərində anadan olan Anaxanım orta məktəbi bitirdikdən sonra sənaye texnikumunda təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin (indi BDU) Kimya fakültəsini bitirmişdir. O, uzun illər AMEA sistemində, eləcə də "Dənizneftqazlayihə" Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq elmi axtarışlarından bir gün belə ayrılmamışdır.
"Anaxanım Xanlarova. Həyat və yaradıcılığı" kitabı, adından da göründüyü kimi, görkəmli alimin mənalı ömür yoluna işıq salır. Kitabın müəllifi Anaxanım Xanlarovanın həmkarı, kimya üzrə fəlsəfə doktoru Rəsul Rəxşanlıdır (Əhmədov). Kitabda bir daha vurğulanır ki, istedadlı kimyaçı-alim A.Xanlarova böyük nailiyyətlər qazanmağa müvəffəq olmuşdur. O, "korrozionist" kimi tanınmış və sahənin mütəxəssisləri arasında böyük nüfuz qazanmışdır. Alimin metalların korroziyası və korroziyadan mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. Belə ki, yenilikçi-alim neft-mədən qurğularının korroziyadan mühafizəsinin yeni üsullarını yaratmaqla və bu üsulların tətbiqinə nail olmaqla onların təmirlərarası müddətini iki dəfədən artıq azaltmağın yollarını tapmışdır. Bu, sanballı elmi tapıntı olmaqla yanaşı, həm də böyük iqtisadi səmərə deməkdir.
Professor Xanlarovanın rəhbərliyi və bilavasitə iştirakı ilə təkcə hidrotexniki dəniz qurğularının qorunması sahəsində işlənib hazırlanmış yeniliklərin 1964-1994-cü illərdə SSRİ miqyasındakı tətbiqindən əldə edilmiş iqtisadi səmərinin 200 milyard rubl olduğu müəyyənləşdirilmişdir. Sovet dönəmində rublun dəyərinin ABŞ dollarına nisbətən üstünlük təşkil etdiyi nəzərə alınarsa, həmin iqtisadi səmərənin əhəmiyyəti daha aydın görünər.
Görkəmli şəxsiyyətlərimizin, o cümlədən alimlərimizin həyat və yaradıcılığını öyrənməli və dəyərləndirməliyik. Çünki onların keçdiyi yol xalqımızın tarixindən ayrılmazdır. Bu baxımdan R.Rəxşanlının alimə həsr etdiyi kitab da xüsusi önəm daşıyır.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!