29 Iyun 2022 02:11
380
CƏMİYYƏT
A- A+

Goranboyda Şəhidlər Xatirə-Abidə Kompleksinin açılışı olmuşdur

 

Goranboyda yenidən qurulan  Şəhidlər Xatirə-Abidə Kompleksinin açılışı olmuşdur.

Rayon rəhbərliyinin, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, goranboylu Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, şəhid ailəsi adından Rahinə Məmmədova, qazi Vüsal Rzayev və şəhid atası Hafiz Əhmədov çıxış edərək Vətən uğrunda şəhid olmuş övladlarının xatirəsinə inşa edilmiş bu möhtəşəm kompleksə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın

27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürmüş, şanlı Zəfər qazanmış, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Ölkəmizdə şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıkeşlikdən danışan natiqlər bu sahədə rayonda görülən işləri diqqətə çatdırmışlar. Qeyd etmişlər ki, Goranboyda şəhidlərin məzarları ad günlərində və il mərasimlərində ailə üzvləri ilə birgə ziyarət edilir. Bundan başqa, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonun  yaşayış məntəqələrində abidə kompleksləri, bulaqlar və xatirə  guşələri yaradılır, Şəhidlər xiyabanlarında və məzarlıqlarda müntəzəm abadlıq, təmizlik, səliqə-sahman işləri aparılır. Hazırda şəhid ailələrinin müraciətləri əsasında Xan Qərvənd kəndində Şəhidlər Xatirə Kompleksi yenidən qurulur. Goranboy şəhəri Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələlərinin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir. Kompleksin inşası zamanı şəhid ailələrinin fikir və təklifləri nəzərə alınmış, şəhidlərin foto güşələrinin tərtibi onlarla razılaşdırılmışdır.

Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun büstünün açılışı mərasimi də keçirilmişdir.

 

S.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video