18 Yanvar 2022 00:12
933
Mədəniyyət
A- A+

Gəncədə Cavad xanın xatirəsi anılıb

 

Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan mədəniyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Mərasim çərçivəsində Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsi ziyarət olunub, məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. Burada Cavad xanın Azərbaycanın, xüsusilə də Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb. Qeyd olunub ki, 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvar ayında şəhadətə yüksəlib. O, general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Anım mərasimindən sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin qələmə aldığıCavad xantarixi dramı əsasında hazırlanan eyni-adlı tamaşa nümayiş etdirilib. 30 illik fasilədən sonra yenidən səhnələşdirilən əsər yaxın günlərdə geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video