Gəlin dərindən düşünək
Son iki ildə “COVID-19”un bəşəriyyəti ölümlərlə sınağa çəkən, faciələrlə müşayət olunan problemlərinin həyatımızda ciddi dəyişikliklərə səbəb olduğu hər kəsə məlumdur.
Bu reallıqlar içində elə məsələlər var ki, biz ona əvvəlki münasibətimizi dəyişməliyik. Mən hər zaman aktual olan narkomaniyaya qarşı mübarizəni nəzərdə tuturam. Gündəlik həyatımızda qarşılaşdığımız üçün ürək ağrıdan mənzərələr biz yaşlı nəsli çox rahatsız edir. Bəşəriyyətin “ağ ölüm” adlandırdığı bu bəla bir çox faciələrimizin gerçək mayasıdır. Artan boşanmalar, dağılan ailələr, fərqli məişət zorakılıqları, oğurluq, qətllər, intiharlar əksər hallarda narkomaniyanın fəsadlarıdır.
Hörmətli redaksiya, mən bir ağsaqqal kimi demək istəyirəm ki, biz narkomaniyaya qarşı mübarizəni yanlız polisin, hüquq-mühafizə orqanlarının öhdəsinə buraxmamalıyıq. Özümüz də bu mübarizədə fəal, gözüaçıq olmalıyıq. Lakin oluruqmu? Təəssüf ki, qonşunun, dostun, tanışın narkomaniya ilə bağlı dərd-sərinə, ağrı-acısına çox zaman biganə qalırıq, laqeyidlik göstəririk. Yalnız bəla ailəmizin nizamını pozanda hay-həşir salır, hamını qınayır, günahkar axtarırıq. Amma öz suçumuzu görmürük. Heç bir gənc bir anın içində, qəflətən narkoman olmur. Bunun üçün bəzən aylar gərəkdir. Ona görə də formalaşmamış, bərkə-boşa düşüb bərkiməmiş yeniyetmələrin üzərində valideyn nəzarəti çox vacibdir. Ata-ana bilməlidir ki, onların övladları hara gedib-gəlir, kiminlə yoldaşlıq edir, boş vaxtlarında nə işlə məşğul olur.
Hər gün qarşılaşdığım bir mənzərəni qeyd etmək istəyirəm. Küçədə dəstə-dəstə uşaqları, daha doğrusu, yuxarı sinif şagirdlərini tez-tez görürəm. Diqqətimi çəkən isə odur ki, bu zaman hər 10 uşağın təxminən 7-8-i siqaret çəkir. Həm də nümayişkaranə, bunu bir üstünlük nümunəsi kimi göstərərək. Təbii ki, bu gün siqaret çəkən yeniyetmə sabahın narkomanıdır, deyə bilmərik. Amma siqaretin də ziyanlı vərdiş olduğunu bilirik axı.. Odur ki, ana evdə uşağının üst-başından, pal-paltarından siqaret iyini hiss etmirsə, atanı bu ziyanlı vərdişə qarşı tədbir görməyə sövq etmirsə, ailə gec-tez bunun altını çəkəcək.
Hörmətli redaksiya, sözüm cəmiyyətədir. Bir araya gəlib narkomaniyaya qarşı kəsərli mübarizə tədbirləri tapmalıyıq, bunun üçün dərindən düşünməliyik, övladlarımızı “ağ ölüm”ün pəncəsindən qurtarmaq üçün yollar axtarmalıyıq.
Aydın SƏFƏROV,
Bərdə şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!