23 Dekabr 2022 01:43
569
Təhsil
A- A+

GDU-da  ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığına başlanılacaq

 

İkili diplom proqramı çərçivəsində işgüzar müzakirələr aparmaq üçün Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov başda olmaqla universitetin nümayəndə heyəti Türkiyənin Dokuz Eylül Universitetində işguzar səfərdə olmuşdur.
Universitetdə keçirilən görüşdə DEU-nun rektoru Nükhet Hotar ikili diplom proqramı çərçivəsində universitetlər arasında həyata keçiriləcək layihənin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, ikili diplom proqramının tətbiqi ilə hər iki universitetin tələbələri beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslarda iki il təhsil almaq imkanı əldə edəcəklər.
Sonra Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək iki ölkə arasındakı qardaşlıq münasibətlərindən ətraflı söhbət açmış, Dokuz Eylül Universiteti ilə ikili diplom razılaşmasını yüksək dəyərləndirmişdir. 
Görüşdə GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov, Tədris Departamentinin direktoru Elturan Yusifov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edərək təmsil etdikləri universitetin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, bu yaxınlarda imzalanacaq əməkdaşlıq memorandumu hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar açacaq.
Səfər zamanı Yusif Yusibov və nümayəndə heyəti Dokuz Eylül Universiteti ilə yaxından tanış olmuşlar.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video