Futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb
2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın "Palmeyras" komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.
Püşkatma tam olaraq aşağıdakı kimidir:
I mərhələ
1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)
II mərhələ
2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)
III mərhələ
3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi
Yarımfinal
4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi
5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)
Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın "Bavariya" klubudur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
Tbilisinin mərkəzində atışma olub
17 Aprel
BMT-dən İrana çağırış: Gərginliyi azaldın
17 Aprel
Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib
17 Aprel
Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb
17 Aprel
Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir...
17 Aprel
Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə e...
17 Aprel
Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə ba...
17 Aprel
Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək
17 Aprel
Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!