19 Noyabr 2022 12:14
489
SİYASƏT
A- A+

Fransa XİN-in nümayəndəsi Azərbaycan səfiri ilə nəzakət görüşündə olub  

 

Azərbaycanın siyasi iradəsi ilə son 10 il ərzində ölkəmizin Fransa ilə çox yaxşı əməkdaşlıq münasibətləri olub. Təəssüflər olsun ki, münasibətlərimiz son vaxtlar çətin anlar yaşayır.

Ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə görə Azərbaycan 30 il işğaldan əziyyət çəkib. Artıq öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan qonşu ölkə ilə sülh və münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atır. Bu gün sülh gündəliyinin irəli aparılması üçün digər ölkələrin dəstəyinə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayeva onunla nəzakət görüşünə gəlmiş Fransa Avropa və Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsinin direktor müavini, xarici əlaqələr üzrə müşavir Brüno Bissonla görüşdə deyib.

Azərbaycanın səfiri etimadnaməsinin surətini B.Bissona təqdim edib. L.Abdullayeva Azərbaycanın elçisi qismində bölgədəki reallıqlarla bağlı Fransanı məlumatlandırmaq, Azərbaycanın mövqeyini eşitdirmək, iki tərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu məqsədlərə nail olmaq üçün Fransa hökumətinin dəstəyini əldə edəcəyinə ümid ifadə edib.

Fransa XİN-in nümayəndəsi B. Bisson səfir L.Abdullayevaya iki ölkə arasında əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.

Görüşdən sonra B.Bisson Azərbaycan Respublikası səfirliyinin Mədəniyyət Mərkəzindəki Azərbaycan muzeyini ziyarət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video