29 Sentyabr 2022 09:21
432
SİYASƏT
A- A+

Fransa mətbuatı Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxışın tam mətnini yayıb  

 

Fransa KİV-ləri Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən etdiyi çıxışın tam mətnini yayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi Prezident İlham Əliyevin çıxışının tam mətnini fransız dilinə tərcümə edərək bu ölkədə akkreditə olmuş diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara və yerli kütləvi informasiya vasitələrinə göndərib.

Dövlətimizin başçısı çıxışında bildirilib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, erməni işğalından azad edilmiş Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılıb. Bu şəhərdə də yenidənqurma işlərinə başlanılıb.

Bu addımı atmaqda səfirliyin məqsədi Fransada ölkəmizə qarşı yayılan dezinformasiyanın qarşısını almaq, diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatlara regionla bağlı reallıqları çatdırmaq, eləcə də fransız kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə tirajlanan qərəzli məlumatların qarşısını almaqdır. Səfirlik bununla, eyni zamanda, Azərbaycanın məsələ ilə bağlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video