03 Oktyabr 2024 08:35
1756
SİYASƏT
A- A+
"Fateh" yox, XİLASKAR!

"Fateh" yox, XİLASKAR!


Qarabağı azad edən Müzəffər Komandan və qalib əsgər tarixə həqiqi adları ilə həkk olunmalıdır


Qarabağ zəfəri tariximizi, gündəlik həyatımızı dəyişməklə yanaşı, leksikonumuza da xeyli işlək sözlər gətirdi. Dilimizdə "müzəffər", "qəhrəman", "qalib", "xilaskar" kimi şirin və qürurverici ifadələr daha tez-tez və fərəhlə işlədilməyə başlandı. 


Erməninin yalan dəyirmanına bizim tökdüyümüz "su"lar... 


Lakin bəzən mübaliğələrə vararaq elə səhv fikirlər, elə ifadələr səsləndiririk ki, bu ifadələrlə, sözlərlə birbaşa erməni dəyirmanına su tökmüş olduğumuzun fərqinə varmırıq. 

Konkret olaraq "fateh" sözünü nəzərdə tuturuq. Bu günə qədər də parlaq zəfərimizdən bəhs edilərkən "Qarabağ fatehi", "Şuşa fatehi", "Xankəndi fatehi" kimi ifadələr eşidirik. Amma bu, tamamilə yanlış və ziyanlıdır. 

"Fateh" sözünün izahlı lüğətdə dəqiq mənası verilib və özgə məmləkəti, ölkəni tutan, fəth edən, işğal edən şəxsə deyilir. Məsələn, Böyük İsgəndər, yaxud Konstantinopolu fəth edib Osmanlının paytaxtına çevirən Sultan Mehmet dünya fatehləridir. Siyahını genişləndirmək də olar, amma bu nümunələr də bəs edər ki, yumşaq ifadə etsək, "fateh" sözünün pafosuna uyaraq onun mənasına varmadan yersiz şəkildə işlətdiyimizin fərqində olaq.

Müzəffər Komandan və Azərbaycan əsgəri Ağdamı, Füzulini, Laçını, Cəbrayılı, Zəngilanı, Qubadlını, Kəlbəcəri, Şuşanı, Hadrutu, Xocalını, Ağdərəni, Əsgəranı, Xankəndini fəth etməyib, AZAD edib!

Onlar xilaskarlardırlar!

Qarabağı sahiblərinə qaytaran Müzəffər Ali Baş Komandan və qalib əsgər fəth edən deyil,  doğma torpaqlarının xilaskarıdırlar!

Bəzən düşünülə bilər ki, "sözdür də, deyilir". 

Amma belə deyil!

Biz xalqımıza məxsus torpaqları "fəth etdik" deməklə, onsuz da milçəkdən fil düzəldən hiyləgər ermənilərin əlinə əsassız, yalan arqument vermiş oluruq. Qarabağı "qədim erməni yurdu" kimi təqdim edən düşmən indi məhz bu cəfəngiyyata, uydurmaya söykənir, Azərbaycanın, guya, Qarabağı işğalından, fəthindən dəm vurur... 


Savadsızlıq, bilməzlik, yoxsa?..


Təəssüf ki, bu təxribatçı, bəli, məhz təxribatçı ifadə hərdən kitablara ad kimi qoyulur. Televiziyalarda, radiolarda dönə-dönə işlədilir, qəzetlərdə manşetlərə çıxarılır. Bu söz, onun ehtiva etdiyi yanlış məna beyinlərə yeridilir, şüurlara otuzdurulur. 

Başqa təəssüfləndirici məqam isə zəfərimizin mahiyyətini təhrif edən, onunla bağlı səhv təsəvvür formalaşdıran bu sözün ziyalılarımız, salnaməçilərimiz, jurnalistlərimiz tərəfindən səsləndirilməsi, yazılmasıdır. 

Gəlin özümüzə bir sual edək: Axı qədim torpağımızı, Azərbaycanın bir parçasını özümüz necə fəth edə bilərik?!.

Onda belə çıxır ki, biz hansısa başqa ölkəyə məxsus torpaqlara əl qoymuşuq?..

30 il işğal altında qalan torpaqlarımızı azad edən xilaskarımıza "fateh" demək nə dərəcədə doğrudur?  

Bu, savadsızlıqdır, bilməzlikdir, yoxsa?..

Azərbaycan dili kifayət qədər zəngindir və lüğətimizdə bununla bağlı o qədər sinonimlər, ifadələr, sözlər var ki...

Əslində, elə təkcə "xilaskar" sözünün özü Qarabağı sahiblərinə qaytaranları tərənnüm edən ən düzgün, ən yerində işlənmiş sözdür! 

Gəlin sözlərimizdə və fikirlərimizdə dəqiq olaq, zəfərimizə kölgə salınmasına imkan verməyək!

Qarabağı əsl sahiblərinə qaytaran xilaskarları öz adları ilə çağıraq!


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb  

00:35
14 Noyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:35
14 Noyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan espublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

DÇ-2026: Azərbaycan millisi evdə İslandiyaya məğlub olub 

23:32
13 Noyabr

Ərdoğan: Kipr məsələsi Türkiyənin milli prioritetidir

23:01
13 Noyabr

Bakıda Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə tədbir təşkil olunub  

21:46
13 Noyabr

Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb  

21:44
13 Noyabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib 

21:40
13 Noyabr

DİN diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə rəsmi açıqlama yayıb

21:33
13 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında növbəti ilin büdcə layihəsi müzakirə edilib  

20:36
13 Noyabr

Napoleonun brilyant broşu “Sotheby's”də 4,4 milyon dollara satılıb  

19:35
13 Noyabr

Donald Tramp müvəqqəti büdcəni imzalayıb

19:34
13 Noyabr

İraqda ümumi seçkilərdə Baş nazirin koalisiyası qalib gəlib 

19:32
13 Noyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə əməkdaşlığı genişləndirir  

19:27
13 Noyabr

Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub 

19:26
13 Noyabr

Noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ  

19:24
13 Noyabr

Amerikalı ekspert: Azərbaycan regional ticarətdə alternativ istiqamətlər təqdimetmə qabiliyyətini artırır  

19:24
13 Noyabr

Azərbaycanın xarici işlər naziri Pakistanın federal ombudsmanı ilə görüşüb  

19:22
13 Noyabr

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

19:22
13 Noyabr

Rusiyalı politoloq: Şimal-Cənub Nəqliyyat Dəhlizi regionda yeni reallıqlar yaradır  

18:27
13 Noyabr

ANAMA-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə minatəmizləmə fəaliyyətinə dair müzakirələr aparılıb  

18:26
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!