Əsli Kazımova: “Dialoq mühitinin daha da dərinləşdirilməsi siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşdırır…”
“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşümüz baş tutdu”. Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Əsli Kazımovanın sözlərinə görə görüş zamanı ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində bir sıra məsələlər müzakirə edilib:
“Azərbaycan Sosial Rifah Partiyası olaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə keçirilən görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və iqtidar-müxalifət siyasi dialoqu, həmçinin dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolu, cəmiyyətdə qadınların rolunu artıran dövlət təşəbbüsləri, dünyada baş verən münaqişələr fonunda siyasi sabitliyin əhəmiyyəti və Azərbaycanın dünya siyasi xəritəsində artan rolu barədə fikir mübadiləsi apardıq.
Siyasi dialoq prosesi çərçivəsində görülmüş işlər haqqında məlumat verən şöbə müdiri Prezident İlham Əliyevin təşəbbüslərini fəal dəstəkləyən siyasi partiyaların, əslində, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşmasına və demokratik ənənələrin dərinləşməsinə xidmət etdiyini vurğuladı.
Siyasi dialoqda iştirak edən tərəflər arasında konstruktiv əməkdaşlıq mühitinin bərqərar olması cəmiyyətin bütün potensialının dövlətin inkişafına yönəlməsini mümkün etdiyini vurğulayan Administrasiya rəsmisi, yaranmış müsbət əməkdaşlıq dinamikasının inkişaf etdirilməsinin zəruriliyini də, vurğuladı.
Görüş zamanı dövlət tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına nail olunması, hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirildi”.
Daha sonra Əsli Kazımova keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, öz növbəsində təşəkkürünü bildirdi: “ Təşkil olunmuş görüşə görə xidməti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimad və milli maraqlar üstünlük təşkil edir.
Yeni siyasi konfiqurasiyanın yaranması, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırır və ümumdövlət məsələlərinə vahid mövqedən yanaşmasına böyük tövhə verir. Xüsusilə qeyd etmək istəyirəm ki, cəmiyyətdə qadınların artan rolu, humanitar sahədə dövlət təşəbbüslərinin əhəmiyyəti, gender məsələlərinin aktuallığının qorunmasına xidmət edən qanunverici təşəbbüslərin nəticəsidir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yanındayıq, Türkiyə!
25 Iyun
"Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haq...
25 Iyun
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haq...
25 Iyun
Eyni kökə və tarixə söykənən dostluq
25 Iyun
"Bir amalın iki qolu… Azərbaycan-Türkiyə"
25 Iyun
Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan "Yaşıl Vətən"in keşiyində!!!
25 Iyun
"Azərbaycan" qəzetinin əməkdaşına Prezident mükafatı təqdim edildi
25 Iyun
Qlobal bəla ilə qətiyyətli mübarizə
25 Iyun
Gəncənin su və yol problemləri paralel həll olunur
25 Iyun
ADAU-da bağçılıqla bağlı konfrans keçirilmişdir
25 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin təməli

Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

İlham Əliyevin sərkərdəliyi ilə zəfər qazandıq, indi isə himayəsiylə rahat həyat yaşayırıq...

Qətiyyətli siyasətin təcəssümü

Mütərəqqi islahatlar uğurlu nəticələr verir

“Cənub qaz dəhlizi"nin genişləndirilməsi əhatəli dialoq tələb edir

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!