01 Dekabr 2024 08:25
1279
SİYASƏT
A- A+
Ermənistanın yeni avantürası ona çox ağır başa gələcək

Ermənistanın yeni avantürası ona çox ağır başa gələcək


İşğalçı Ermənistan Vətən müharibəsi və ondan sonrakı dövrdə başına gələn fəlakətlərdən bir nəticə çıxarmayıb. 

Son 4 ildə sülh müqaviləsini imzalamağa hazır olduğunu yalnız sözdə ifadə edib, əvəzində silahlanma siyasətini davam etdirən Hayastan açıq-aşkar niyyətini göstərməkdədir. Görünən odur ki, Ermənistan hazırda Fransa və Hindistan kimi ölkələrdən silah idxal etməklə yeni revanşa hazırlaşır.

Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfinin tam əks fəaliyyətləri ilə müşahidə olunur. Fransanın Ermənistanla hərbi əməkdaşlığı isə bölgədə gərginliyin artmasına hesablanıb. 

Bu ölkənin müharibə hazırlıqlarını təsdiqləyən digər faktlar da mövcuddur. Öncə Fransa, ardınca Hindistan Ermənistana silah verməyə başladı. "Avropa Sülh Fondu" adı ilə Ermənistana 10 milyon avro vəsait ayrıldı. Araşdırmalar nəticəsində bəlli oldu ki, adı "sülh fondu" olan təşkilatın Ermənistana ayırdığı 10 milyon avro ölkənin silahlı birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsi üçündür. 

Digər tərəfdən isə tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik etmək istəyən ABŞ-nin də Ermənistana hərbi yardımlar etdiyi dəqiqləşdi. Belə ki, faktlar əsasında bəlli oldu ki, rəsmi Vaşinqton yuxarıda sadalanan faktlardan əlavə Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən minihücum pilotsuz təyyarələri, kiçikölçülü minalar və digər döyüş sursatlarını da Hayastana hədiyyə edib.

Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikanın təhvil verilməsi faktları təsdiqləndi. Əvvəlcə ABŞ tərəfi yayılan məlumatı təkzib etsə də,  "Caliber.az" saytının yaydığı videogörüntülər faktı bir daha təsdiqlədi. Belə ki, "Flightradar" qlobal uçuş izləmə xidməti vasitəsilə əldə edilən görüntülərdə aydın şəkildə müşahidə edilir ki, 2-3 avqustda ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxır. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilir. Daha sonra da ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah-sursat daşınıb. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. 

Lakin bu da hamısı deyil. ABŞ təbii olaraq bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfər mütəxəssisi də çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşlarıdır. Bundan əlavə, postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı bölmələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan silahlı qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.

Ermənistanın müharibəyə təhrik edilməsi digər faktlarda da əksini tapır. Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsini təsadüfi addım hesab edən yoxdur. Xüsusən də Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplanması fonunda belə bir təsadüfi qətiyyən qəbul etmək mümkün deyil. Hər halda fransız generalın sərhədə gəlməsini də turist səfəri kimi dəyərləndirmək olmaz. Üstəlik, Aİ nümayəndələrinin vaxtaşırı sərhəddə peyda olması, binoklla uzaqdan izləmələr aparması da onların seyrə çıxması demək deyil. Bunlar hamısı real faklardır və hər şey göz önündədir. 

Heç kimə sirr deyil ki, Qərb, xüsusən də Fransa Ermənistanı Azərbaycana qarşı müharibəyə sürükləyir. Bunun üçün təkcə silah-sursat, hərbi dəstəklə hayların başlarını dumanlandırmaqla kifayətlənmək istəməyən ağaları məkrli planlarını işə salmaq üçün bütün vasitələrə əl atırlar. 

Amma Ermənistan anlamır ki, Azərbaycan Ordusu 2020-ci ildə sahib olduğu gücdən qat-qat artığına sahiblənib. Ordunun maddi-texniki bazası ən müasir hərbi texnologiyalarla zənginləşdirilib. Dünya tarixində ilk "smart müharibə" aparan ordunun arsenalında indi elə silah-sursatlar var ki, istənilən savaşda iştirak etmək gücünə sahibdir. Əgər Ermənistan bir daha  revanş fikrinə düşərsə, tarixinin ən ağır zərbəsini alacaq. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!