Ermənistanda fərarilər xalqı savaşa səsləyirlər
Keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır
Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə xaosun artdığını, ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.
Xüsusilə Ermənistanın son təxribatları fonunda Azərbaycan Ordusu tərəfindən aldığı məğlubiyyətlərdən sonra sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanş istəyi vəziyyəti daha da qarışdırır.
Proseslər göstərir ki, Sarkisyan-Koçaryan koalisiyası yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bununla da sabiqlər yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər. Əsas niyyət davam edən etirazlar fonunda iqtidara qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə hakimiyyəti qəsb etməkdir.
Dünən Robert Koçaryan keçirdiyi mətbuat konfransında növbəti dəfə sərsəmləyərək Qarabağın gələcəyinin açarının Ermənistan xalqının əlində olduğunu deyib. Bildirib ki, 1992-ci ildə də, indi də belədir: "1992-ci ildə vəziyyət indikindən yaxşı deyildi. İndi sual yaranır: Qarabağ elitası Azərbaycanla addım-addım inteqrasiya edərək əməkdaşlıq yolu ilə gedəcək, yoxsa hələ də mübarizəyə hazırdır? Deməli, hər şey xalqın öz əlindədir. Əgər o, döyüşməyə hazırdırsa, deməli, heç olmasa hər şeyi dayandırmaq şansı var".
Hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə Koçaryanın və ona bənzər digər araqızışdıranların bu cür sərsəm bəyanatlar verməsi, erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir.
Azərbaycanla müharibədəki məğlubiyyət Ermənistanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti çətin vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr çox yaxşı başa düşürlər ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünün acınacaqlı vəziyyətini unutmayıb.
Robert Koçaryanın açıqlamaları fonunda "4rd.am" saytı yazır ki, 2020-ci ildə müharibə oldu, Ermənistanda çətin anlar yaşanmağa başladı, Paşinyanın reytinqi kəskin endi. Və elə bu andan da bütün dəlmə-deşiklərdən siyasi meyitlər çıxmağa başladı: "Ancaq Sarkisyanın siyasi reabilitasiya şansı dostu Robert Koçaryandan da azdır. Əgər hətta onların reytinqlərini toplasaq, Nikol Paşinyanın indiki reytinqinə çatmaz. Bunun da bir izahı var: xalq hələ öz yaddaşını itirməyib. Hətta kapitulyasiyadan sonra da insanlar Paşinyanla Koçaryan-Sarkisyan koalisiyası arasında seçim etməli olsalar, əksəriyyət yenə birincini üstün tutacaq".
Vurğulanır ki, Koçaryan müharibə haqda, Paşinyanın daha əlverişli şərtlərlə münaqişənin siyasi yolla həlli üçün əldən verdiyi fürsətlər haqqında çox şey söyləyib: "Bağışlayın, ölkədə 10 il hakimiyyətdə olan siz deyildiniz ki? Niyə münaqişəni bizim üçün əlverişli şərtlərlə həll etmədiniz? Onun müsahibəsindəki bütün cəfəngiyyat da buna yönəlib - bulanıq suda balıq tutmaq. Və bizim xalq da bunu bilməlidir və unutmamalıdır ki, 2018-ci ilin yazında rüsvayçı şəkildə qovduğumuz adamlar hakimiyyətə can atırlar..."
Göründüyü kimi xalq müharibə canilərinin fikirlərini elə də ciddi qəbul etmir və son 30 ildə Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhranın səbəbkarının onlar olduğunu çox yaxşı dərk edirlər. Hər halda proseslərin gedişi, sülh müqaviləsinin imzalanmasının yubadılması İrəvanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!