13 Oktyabr 2025 13:53
501
CƏMİYYƏT
A- A+
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə verdiyi əmrlərin şəkilləri məhkəmədə nümayiş etdirilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə verdiyi əmrlərin şəkilləri məhkəmədə nümayiş etdirilib


Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, məhkəmədə müxtəlif sənədlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkiləri də məhkəmədə nümayiş etdirilib. Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun “ordusuna” (Ermənistan silahlı qüvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun “ordusunun komandirinə” “6-cı müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, “9-cu müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın Yerevan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib. Məxfi sənəddən görünür ki, qondarma qurumun “ordusunun” şimal-şərq istiqamətində ərazinin incələnməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədi ilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun Yerevan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-Yerevan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!