26 Yanvar 2022 22:30
576
DÜNYA
A- A+

Ermənistan prezidentinin istefasından sonra ölkədə siyasi vəziyyət yenidən dəyişib

 

Ermənistan prezidenti Armen Sarkisyanın istefasından sonra ölkədə siyasi vəziyyət yenidən dəyişib.

AZƏRTAC xəbər verir ki, Ermənistan qanunvericiliyinə görə, dövlət başçısı vəzifəsi uğrunda əsas mübarizə hazırkı prezidentin istefasından bir həftə sonra başlamalıdır.

Ölkə prezidenti istefa qərarını açıqladıqdan sonra ona bir həftə müddət verilir və o, bu vaxt ərzində istefa ərizəsini geri götürə bilər.

Artıq Ermənistan parlamenti A.Sarksiyanın ərizəsini qəbul edib. Amma buna baxmayaraq artıq bəzi siyasi partiya və bloklar prezidentliyə namizəd axtarışına başlayıblar. Ermənistanın hakim Vətəndaş Razılaşması Partiyası öz namizədinin adını açıqlayıb. Partiyanın namizədi baş nazir Nikol Paşinyan administrasiyasının rəhbəri Araik Arutyunyandır. O, əvvəllər Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri işləyib.

Qeyd edək ki, keçmiş prezident Robert Koçaryan Ermənistan prezidentliyinə namizədliyini irəli sürməyəcək.

Parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Ohanes Hamoyan bildirib ki, “Ermənistan” blokunun prezidentliyə başqa namizədi olacaq.

Qeyd edək ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verdikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizəd iqtidar və müxalifət tərəfindən irəli sürülür. Prezidentliyə namizəd parlamentdə 4\1 səs çoxluğu ilə təsdiqlənir. Prezident isə deputatların 4-də 3-nün səs çoxluğu ilə seçilir. Seçki birinci dəfə baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir.

Qanunvericiliyə əsasən prezident yaşı 40-dan az olmayan, son 6 ili Ermənistanda yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər.

Siyasi analitiklərin fikrincə Ermənistanda prezident seçkiləri sakit keçməyəcək. Müxalifətlə iqtidar arasında ciddi qarşıdurma yaranacaq. Mübahisələr silahlı qarşıdurmaya qədər çata bilər.

Bəzi analitiklərin fikrincə Ermənistan prezidenti vəzifəsinə hakim partiyanın namizədi seçiləcək.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video