15 Avqust 2022 14:01
740
DÜNYA
A- A+

Ermənistan FHN-in başçısı topdansatış bazarında terror aktı versiyasını istisna edib

 

Ermənistan FHN-in başçısı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayışın terror aktı olması versiyasını istisna edib.

AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, fövqəladə hallar naziri Armen Pambuxçyan bunu bazar ertəsi günü keçirdiyi brifinqdə deyib.

“Partlayışın videosuna baxanda aydın görünür ki, heç bir terrordan söhbət gedə bilməz. Ona görə ki, əvvəlcə hansısa bir alışma olub, sonra tüstü yaranıb, bundan sonra partlayış baş verib”, - deyən nazir əlavə edib ki, bunun ardınca alov həmin mənbədən tezalışan materiallara sıçrayıb.

Son məlumata görə, İrəvandakı “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Ermənistan FHN-dən onu da bildiriblər ki, 15 nəfər itkin düşmüş sayılır.

Bu gün səhər baş nazir Nikol Paşinyan hadisə yerinə gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video